Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 27 Noyabr

  • 27 noy 2015, 20:33

GÜNÜN ŞƏRHİ
 
Yaxın Şərqdə türkmən faktoru getdikcə daha çox ön plana çıxır. Suriya və İraqın, ümumiyyətlə Ortadoğunun xəritəsi gec-tez yenidən cızılacaq, bu, qaçılmazdır. Və bu xəritədə türkmənlərin yeri az da olsa qarantiyadır. ABŞ Dövlət Departamentinin türkmənlərə özünümüdafiə hüququ tanımasından sonra bu ehtimal daha da artıb. Ehtimalın gerçəkləşməsi xarici faktorlarla yanaşı, türkmənlərin özündən də asılı olacaq. Bu indiki mərhələdə türkmənlərin hərbi gücündən, sonrakı mərhələdə isə təşkilatlanma səviyyəsindən asılı olacaq. Suriya türkmənlərinin az sayda da olsa, təşkilat və birlikləri var, lakin Suriya Türkmən Cəbhəsi, Suriya Türkmən Məclisi  və digər təşkilatlar həm bütün türkmənləri əhatə edə bilmir, həm də bu etnosun gələcəyi ilə bağlı vahid fikrə sahib deyillər. Suriya türkmənləri artıq öz talelərini özləri həll edə bilər, belə bir şansa sahibdirlər, Yaxın Şərqin gələcək xəritəsində Suriya türkmənlərinin yeri bu şansı dəyərləndirməkdən asılı olacaq. 

Oxşar xəbərlər