Xəbər lenti
Bütün xəbərlər

Prokuror naxçıvanlı iş adamını güllələyən "Hozu"ya cəza istədi

  • 20 noy 2019, 15:16

Bakıda naxçıvanlı iş adamını, bacısının həyat yoldaşını güllələyərək qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 45 yaşlı Şirinov Rauf Həsən oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında prokuror çıxış edib.

Dövlət ittihamçısı çıxışında Rauf Şirinovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mərhumun qardaşı isə R.Şirinova ömürlük cəza verilməsini istəyib. Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün vaxt istəyib.

Məhkəmə iclası noyabrın 27-də davam etdiriləcək.

İttihamda yazılır ki, Rauf Şirinov 47 yaşlı Ramiz Məmmədovu qətlə yetirib.

Mərhum Ramiz Məmmədov Rauf Şirinovun bacısı ilə ər-arvad münasibətində olub, həmçinin qohum da olublar. İttihamda göstərilir ki, Ramiz Məmmədov Rauf Şirinovun evinə qonaq gəlib. Bu zaman Ramiz Məmmədov həyat yoldaşı- Raufun bacısı ilə mübahisə edib.

Mübahisə zamanı Ramizin həyat yoldaşına söyüş söyməsini qəbul etməyən Rauf bunun qisasını almaq istəyib.

Bu məqsədlə də "Vinçestr" markalı odlu silahını götürərək Ramiz Məmmədovun iş yerinə gedib. Əvvəlcə orada mübahisə ediblər. Daha sonra söhbəti kənar yerdə davam etdirməyə razılaşıblar.

İyunun 14-nə keçən gecə saat 01:00 radələrində Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi, 312 saylı binanın qarşısında mübahisəni davam etdiriblər. Bu zaman R.Şirinov qohumunun avtomobilinin qarşısını kəsərək onu güllələyərək qətlə yetirib.

Qarın və ayaq nahiyəsindən iki güllə yarası alan R.Məmmədov 3 saylı klinik xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Məlumata görə, qətlə yetirilən Ramiz Məmmədov "Qaz Kantrol" MMC-nin rəhbəri imiş. "84” və "113” nömrəli marşrut xətləri R.Məmmədova məxsus olub. 

Hadisədən sonra qaçan Rauf Şirinov bir neçə gün sonra saxlanılıb. Rauf Şirinov "Hozu" ləqəbi ilə tanınırmış.

<iframe width="835" height="200" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no" allowfullscreen="true" id="aswift_3" name="aswift_3" style="box-sizing: border-box; left: 0px; position: absolute; top: 0px; border-width: 0px; border-style: initial; width: 835px; height: 200px;"></iframe>

Elan olunmuş ittihamla Rauf Şirinov özünü qismən təqsirli bilib.

O deyib ki, Ramiz Məmmədovun avtomobilinin qarşısını kəsməyib. Onun sözlərinə görə hadisə Ramiz Məmmədovun söyüş söyməsinə görə başlayıb.

Əvvəlcə ifadə vermək istəməyən Rauf Şirinov prokurorun dediyi ilə razılaşıb. Sonra fikrini dəyişərək prokuror dediklərinin həqiqət olmadığını söyləyib.

Rauf Şirinov bildirib ki, hadisədən bir gün əvvəl bacısı və Ramiz onlara gəlib. Həmin vaxt bacısı ilə Ramiz mübahisə edib. Onun dediyinə görə Ramiz bacısının ünvanına ağır söyüş söyüb. O da bunu qəbul etməyərək onunla görüşə gedib.

"Mən səhər Ramizin iş yerinə getdim. Dedim ki, bu nə hörmətsizlikdir? Dedi ki, sən kimsən ki, mənim üstümə gəlirsən? Mənə yumruq atdı, yenə də söyüş söydü. İkimiz də razılaşdıq ki, söhbəti başqalarının olmadığı yerdə davam etdirək. Oradan çıxıb getdik. Yolda maşını saxlayanda üstümə gəldi, yumruq atdı. Mən onu öldürmək yox, qorxutmaq niyyət ilə atəş açdım".

<iframe width="835" height="200" frameborder="0" marginwidth="0" marginheight="0" vspace="0" hspace="0" allowtransparency="true" scrolling="no" allowfullscreen="true" id="aswift_4" name="aswift_4" style="box-sizing: border-box; left: 0px; position: absolute; top: 0px; border-width: 0px; border-style: initial; width: 835px; height: 200px;"></iframe>

Qeyd edək ki, Rauf Şirinov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə; xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla törədilkdə) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət baş verən zaman hadisənin pul mübahisəsinə görə törədildiyi iddia edilirdi. Amma məhkəmədə tərəflər bu iddianın əsassız olduğunu bildiriblər. /Musavat.com/

Oxşar xəbərlər