Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Müdafiə Nazirliyi: "Ordumuz sülhə yox, müharibəyə hazırdır"
Müdafiə Nazirliyi: "Ordumuz sülhə yox, müharibəyə hazırdır"
- 08 apr 2019, 13:26
"Dünyada elə bir dövlət yoxdur ki, onun ordusu sülhə hazırlaşsın. Orduların vəzifəsi sülhə yox, məhz müharibəyə hazır olmaqdır”.
Bunu "Report"un sorğusuna cavab olaraq Ermənistanın müdafiə naziri David Tonoyanın Azərbaycanın hərbi-siyasi rəhbərliyinin ordunu sülhə hazırlamaqla bağlı dediyi fikri şərh edərkən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.
"Ordunun funksiyası daim müharibəyə hazır olmaqla ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsidir.
Ali Baş Komandanımızın bəyan etdiyi kimi Ermənistan sülh istəyirsə, erməni əsgəri qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxmalıdır.
Ermənistanın hərbi-siyasi rəhbərliyi birdəfəlik anlamalıdır ki, yalnız torpaqlarımızı işğaldan azad etdikdən sonra Ordumuz sülh haqqında düşünə bilər. İndiki şəraitdə isə Azərbaycan Ordusu sülhə yox, müharibəyə hazırdır”, - deyə polkovnik V.Dərgahlı bildirib.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
"Tutduğumuz mövqeləri tərk etməyəcəyik"
Şair Ramaldanov: “Ordumuz hər zaman müharibəyə hazırdır”
Paşinyanın Qarabağa qəfil səfəri - Ermənistan təşvişdədir
Ermənistan müharibəyə hazırlaşır - Polkovnik
"Azərbaycanın Ermənistanı sülhə məcbur etmək üçün bütün imkanları var" - İsrailli ekspert
"Ordumuz hər an döyüş əməliyyatlarına hazır olmalıdır" - Nazir
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti