Ənvər Seyidəliyevin oğlu 1 milyonluq obyekt alıb

  • 28 iyun 2018, 23:00

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin oğlu 1 milyon manat dəyərində obyekt alıb.

 

Demokratik.Az Unikal.org-a istinadən xəbər verir ki, icra başçısının oğlu Dəyanət Seyidəliyev paytaxtın Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki "Bellezza” gözəllik mərkəzini istifadəyə verib.

 

Bundan əlavə icra başçısının oğlunun yeni yaşayış binasının 1 və 2-ci mərtəbələrini əhatə edən gözəllik mərkəzinin təmirinə və oradakı avadanlıqlara yüz min manatlarla vəsait xərclədiyi bildirilir.

Qeyd edək ki, D. Seyidəliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında sədrin müşaviri vəzifəsində çalışır.

 


 

Oxşar xəbərlər