Kəndçiləri təhqir edən xanım məmurun atası Metropolitenin rəis müavini imiş

  • 25 apr 2018, 18:36
"Kəndçilər Bakıya gəlməsəydi, metro təmiz, rahat olardı" deyən rusdilli Bakı Metropoliteni şöbə rəisi Lala Babayeva Bakı Metropoliteni rəis müavini Zaur Babayevin qızı imiş.
Bu barədə özünün "facebook" hesabında gənc fəal Bəxtiyar Hacıyev yazıb. Qalmaqallı sözlər sərf edən xanımın atasını tənqid edən Hacıyev qeyd edib ki, "..atalarınız öz mal qohum-əqrabalarını ora vəzifəyə düzəltməyib, kəndçilərin, rayonluların büdcəsini mənimsəməsəydi, siz də Altes Plazada Penthausda, sayını itirdiyiniz bağ evlərində oturub, kənddən, rayondan Bakıya iş dalınca gəlmiş, metroda rahat getmək istəyən adamları aşağılamazdınız".

Xatırladaq ki, L.Babayevanın sosial şəbəkədə yazdığı status ("Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı. Həm təmiz, həm də rahat metro olardı”) kəndliləri təhqir kimi qiymətləndirilib, bu səbəbdən etiraza səbəb olub.

Sonradan "Bakı Metropoliteni” QSC-nin Marketinq və Reklam şöbəsinin müdiri Lalə Babayeva sosial şəbəkədə böyük qalmaqala səbəb olan fikirlərinə görə hamıdan üzr istəyib.

 

Demokratik.Az

Oxşar xəbərlər