Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Yerli KİV-lər prezident seçkilərini necə içıqlandırdı? - Əflatun Amaşov cavablandırıb
Yerli KİV-lər prezident seçkilərini necə içıqlandırdı? - Əflatun Amaşov cavablandırıb
- 12 apr 2018, 20:47
"Aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı kütləvi informasiya vasitələrində - telekanallarda, informasiya agentliklərində, qəzetlərdə, xəbər portallarında seçki ilə bağlı 1051 material yayımlanıb".
Bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.MŞ sədri bildirib ki, media üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib və səsvermə prosesini peşəkar şəkildə işıqlandırıb
"Mətbuat Şurası tərəfindən təbliğat xarakterli materialların monitorinqi də aparılıb. 6 telekanalda saat 18:00-dan 01:00-a qədər seçkiqabağı təşviqat kampaniyası aparılıb. Sükut günündə kütləvi informasiya vasitələrində qanun pozuntusuna rast gəlinməyib. Prezidentliyə namizədliyi qeydə alınan şəxslərlə bağlı kütləvi informasiya vasitələrində 4-ü qəzet, 7-si agentlik və xəbər portalı olmaqla, 11 mənfi material yayımlanıb. Televiziyalarda prezidentliyə namizədlərlə bağlı, əsasən, müsbət və bitərəf materiallar işıqlandırılıb".
Ə.Amaşov qeyd edib ki, Mətbuat Şurasında prezident seçkiləri ilə əlaqədar "qaynar xətt” fəaliyyət göstərib: "Səsvermə zamanı peşə fəaliyyətini yerinə yetirən jurnalistlərdən Mətbuat Şurasının "qaynar xətt”inə 1 müraciət daxil olub. "İnter.az telekanalının müxbiri Səbuhi Vaqifoğlunun Sumqayıtda seçki prosesini işıqlandırarkən üzləşdiyi anlaşılmazlıq aradan qaldırılıb".
Demokratik.Az
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
Mətbuat Şurası seçkilərlə bağlı məlumat yayıb
Əflatun Amaşov KİV-ə ÇAĞIRIŞ etdi
Mətbuat Şurası seçki ilə bağlı yekun rəy açıqladı
Əflatun Amaşov saytlara dövlətdən maliyyə ayrılacağını açıqladı - ŞƏRTLƏR
"Jurnalisti təhqir etmək alimə yaraşmır" - Deputat
Əflatun Amaşov: “Mətbuat Şurasının qurultayı yazda keçiriləcək”
MŞ referendumla bağlı monitorinqi başa çatdırıb
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti