CAVAB ATƏŞİ: Rusiya 50 britaniyalı diplomatı qovur

  • 31 mart 2018, 20:18

 

Rusiya Britaniya hökumətinin rusiyalı diplomatları qovması qərarına cavab olaraq 50 Britaniya diplomatik missiya əməkdaşını ölkədən xaric etmək niyyətindədir.

 

Demokratik.Az "TASS” istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

"Rusiya və Britaniya diplomatları arasında fərq 50 nəfərdən çoxdur” deyə Zaxarova bildirib.

Bundan əvvəl Rusiya XİN-i  "Skripal işi” qalmaqalı fonunda Moskvalı diplomatlara qarşı qəbul olunmuş ölçülərə "güzgü effektli” cavabın veriləcəyini bildirmişdi.

Zaxarovanın sözlərinə görə, Qərb dövlətləri "tammiqyaslı  və açıq-aydın rusofobiya kampaniyasına” başlayıb.

Oxşar xəbərlər