PKK-da panika: AFRİNDƏ EDAMLAR BAŞLADI

  • 26 fev 2018, 16:03
PKK, Afrində iflasa uğradığığlnl görüb, Raco və Cindərəsinə yeni məsuliyyətlilər təyin edib. Hüseyn Gabar adlı terrorçu Racoya, Mani Agid isə Cindərəsinə göndərilib. Afrin əməliyyatı başladıqdan sonra təşkilat daxili müzakirələr nəticəsində 30-dan çox terrorçunun edam edildiyi bildirilir.
 

Fevral ayının əvvəlində Cindərəsi və Racoda terror təşkilatının Afrinli üzvləri ilə Qəndildən gələn terrorçular arasında bir sıra gərginlik yaşanıb. Terror qrupları arasındakı gərginlik, TSQ-ASO-nun irəliləyişi ilə birlikdə ən üst səviyyəyə dırmanıb.
 
RACO VƏ CİNDƏRƏSİNƏ YENİ KOMANDİR
 
PKK-nın idarəetmə mərkəzi Qəndil, təşkilat daxilində baş verən qarşıdurmaya müdaxilə məqsədli Raco və Cindərəsinə yeni komandirlər təyin edib. Terrorçubaşı Cəmil Bayık, Raco bölgəsi üçün Hüseyn Gabar adlı terrorçunu Afrinə göndərərkən, Cindərəsi bölgəsinə də Mane Agidi məsul edib.
 
TƏŞKİLAT İÇİ 30 TERRORÇU ÖLDÜRÜLÜB
 
Təşkilatda yeni təyinatlardan sonra sinxron olaraq PKK, Afrindəki fitnə-fəsadın səbəbi olduqları iddiasıyla 30-dan çox terrorçuni təşkilat içi edamla öldürülüb./muxalifet.az/
Oxşar xəbərlər