Xəbər lenti
Bütün xəbərlər

“İslam qorxusu və müsəlman qoxusu”-Fazil Mustafanın

  • 18 yan 2018, 13:22

Millət vəkili Fazil Mustafanın "İslam qorxusu və müsəlman qoxusu” adlı yeni kitabı çapdan çıxıb.

Kult.az xəbər verir ki, bu barədə millət vəkili özü məlumat yayıb. O bildirib ki, bu, indiyədək çap olunan 20-ci kitabıdır.

"248 səhifəlik bu kitabda islam dininə, onun mahiyyətinə, dini həyatın fərqli aspektlərinə aid dövri mətbuatda, elmi dərgilərdə çap olunmuş publisistik və elmi məqalələr yer alır. Kitabda Azərbaycan cəmiyyətində doğru din anlayışı, xurafat və cəhaləti doğuran amillər, dini-mənəvi dəyərlərin yenidən dəyərləndirilməsi kimi mövzulara toxunulub, məzhəbçilik və təriqətçilik təzahürlərinin fərqli baxış bucağından təhlili verilib”, - millət vəkili qeyd edib.

 

Demokratik.Az
Oxşar xəbərlər