Bu məmurlara xidməti maşın veriləcək

  • 23 noy 2017, 07:59

Rayon (şəhər) icra hakimiyyəti başçısının yanında olan orqanın rəhbəri üçün xidməti minik avtomobili ayrılacaq.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən, rayon (şəhər) icra hakimiyyəti başçısının yanında olan orqanın rəhbəri üçün bir ədəd minik avtomobili limiti müəyyənləşdirilib.

Demokratik.Az

Oxşar xəbərlər