Tacikistanda "GEYPARAD"a qarşı əməliyyat keçirildi

  • 19 okt 2017, 08:32

Tacikistanın Daxili İşlər Nazirliyi və Baş Prokurorluğu ölkədə yaşayan cinsi azlıqların bütün nümayəndələrini qeydiyyata alıb.

Qeyri-ənənəvi oriyentasiyalı şəxslərin siyahıya alınması "Əxlaq" və "Təmizlik" kod adları ilə keçirilən əməliyyatlar çərçivəsində baş tutub.

Siyahıda 319 homoseksual kişi və 48 lezbiyan qadın yer alıb.

Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, geylər və lezbiyanların qeydiyyata alınması onların HİV infeksiyasına yoluxma riskinin yüksək olması və tez-tez tərəf-müqabili dəyişdiklərindən əhalinin həssas təbəqəsinə aid olmaları ilə bağlıdır. ("Report”)

Oxşar xəbərlər