Türkiyənin məşhur ürək cərrahı intihar edib

  • 18 sen 2017, 18:13
Bu gün Türkiyənin məşhur ürək cərrahı professor İlhan Paşaoğlu intihar edib.

APA-nın Türkiyənin "Sözcü” qəzetinə istinadən verdiyi məlumata görə, Hacettepe Universitetinin professoru İ.Paşaoğlu Ankarada evində özünü öldürüb. Cərrahın intihardan əvvəl ailəsinə yazdığı məktubun itdiyi iddia olunur.

Tükiyənin 10-cu prezidenti Əhməd Necdət Sezəri də əməliyyat etmiş İ. Paşaoğluna Hacəttəpə Universitetində vida mərasimi təşkil edilməməsi diqqət çəkib. Cərrah bu gün Ankarada dəfn ediləcək.

Hüquq-mühafizə orqanları inthar faktı ilə bağlı araşdırma aparır.
Oxşar xəbərlər