Gülər Əhmədova qardaşının səhhətindən danışdı

  • 15 iyul 2017, 14:29

"Hər şey yaxşıdır, Allah bütün qardaşları qorusun"

Sabiq millət vəkili, psixoloq Gülər Əhmədova qardaşı, telejurnalist İlqar Mikayıloğlunun səhhəti barədə sosial şəbəkədə məlumat verib.

Musavat.com xəbər verir ki,sabiq deputat Füzulidə çəkiliş zamanı ilan vuran qardaşının səhhətinin düzəldiyini yazıb. Status aşağıdakı kimidir: "Gözəl insanlar,əziz dostlar! Allahıma çox minnətdaram ki, siz varsınız. Hamınız mənə dünən qardaş oldunuz, bacı oldunuz! Çox şükür,hər şey yaxşıdır. İlqar salamatdır. Allah bütün qardaşları qorusun! Bizə göstərdiyiniz ilgiyə, dualarınıza görə hamınıza təşəkkür edirəm! Dostluqdan əskik olmayın! Bu dünyanın ən böyük var- dövləti sizsiniz- dostlarımız!"

Demokratik.Az

Oxşar xəbərlər