Kürdəmirdə peyda olan canlı hər kəsi qorxutdu – VİDEO

  • 04 iyul 2017, 11:02

Kürdəmirdə qeyri-adi canlı peyda olub.

ARB TV-nin məlumatına görə, canlını tutan kənd sakini Seymur Hüseynov bildirir ki, birinci dəfədir belə bir heyvanla qarşılaşır.

Kürdəmir rayon sakini Surxay Əsədov isə kərtənkələyə bənzəyən bu canlının daha təhlükəli olması ehtimalındadır.

Onun sözlərinə əsasən, bu heyvanın zəhəri ilandandan pisdir. Əsədov bu canlının bala olduğunu vurğulayıb.

Həm ilana, həm də kərtəngələ bənzər bu heyvanın hansı növə aid olması barədə ən dəqiq fikri isə mütəxəssislər söyləyəcək.

Oxşar xəbərlər