Günün qoroskopu: 17 may

  • 17 may 2017, 08:10

QOÇ - Qarşınızda duran məsələləri həll etmək indi daha asandır. Sadəcə, qəti qərar vermək üçün özünüzdə güc tapmalısınız. İnanın ki, belə olsa, nəticədən razı qalacaqsınız.

BUĞA - Bürcünüz "hakimiyyət"inin son günlərini yaşayırsınız. Deməli, daha böyük işlərlə məşğul olmalı, son vaxtlar dəb halını alan dedi-qodudan uzaqlaşmalısınız. Maddi baxımdan da yaxşı vaxtdır.

ƏKİZLƏR - Aktiv fəaliyyətə başlamaq üçün nəhayət ki, mühit yetişəcək. Bu səbəbdən proqnozunuzu oxuyan kimi hərəkətə keçin. Amma özünüzə müttəfiq seçərkən maksimum tədbirli olun.

XƏRÇƏNG - Böyük layihələri reallaşdırmaq üçün əla vaxtdır. İdeyalarınızı həyata keçirməkdə pula heyifiniz gəlməsin, axı siz xəsis deyilsiniz. Bu gün davranış və üst-başınıza ciddi fikir verin.

ŞİR - Aldığınız yeni iş təkliflərinə tələsik razılıq verməyin. Hər şeyi yüz dəfə ölçüb-biçin. Lazım gəlsə, daha təcrübəli insanlarla məsləhətləşin. Nəqliyyatda diqqətli olun.

QIZ - Genetik fonunuz gücləndiyi üçün əsasən doğmalarınıza qarşı mehriban olun. Hər hansı yersiz ittihamdan, köhnə haqq-hesabları aydınlaşdırmaqdan çəkinin. Ulularınıza duaları əsirgəməyin.

TƏRƏZİ - Maliyyə baxımından düşərli gün olsa da, ümumi ovqatınızda gərginlik mümkündür. Lakin bu amil işgüzar sövdələşmələrdə və qərarlar qəbul etməkdə sizə mane olmayacaq.

ƏQRƏB - Sevgi amilinə daha çox yer ayırın. Çünki maddiyyatı fikirləşdikcə pul sizdən qaçır. Bu gün mənəvi rahatlığınızı təmin edib enerji yığın ki, qarşıda sizi gözləyən uğurlara gücünüz yetsin.

OXATAN - Gün ərzində müxtəlif xarakterli insanlarla təmaslarınız sizi bəzi mətləblərdən agah edəcək. Saat 16-18 aralığında isə ürəyinizcə olan hansısa hadisənin iştirakçısı ola bilərsiniz.

OĞLAQ - Son vaxtlar ətrafınızda olanlara "soyuq adam" təsiri bağışlamaqdasınız. Əslində belə olmadığınız üçün daxilinizdəkiləri büruzə verməyə çalışın. Axşama doğru ovqatınız yüksələcək.

SUTÖKƏN - Sizin qədər arzu-istəyi olan Zodiak işarəsi yoxdur. Amma niyyətlərinizin həyata keçməsi sizdən asılı olmadığı üçün gözləməlisiniz. Axı səbrliləri Allah da sevir.

BALIQLAR - Göy qübbəsi məsləhət görür ki, gün ərzində dinə zidd hərəkətlərə yol verməyəsiniz. Adicə kimisə acılamaq, xətrinə dəyən zarafat da olmaz. İşlə bağlı təkliflərə razılıq verin.

Oxşar xəbərlər