“Putin Yanukoviçə nə demişdi”?

  • 03 apr 2017, 17:13

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın eks-prezidenti Viktor Yanukoviçi Krımı və Ukraynanın şərqini onun əlindən alacağı ilə bağlı xəbərdar etmişdi.

Axar.az xəbər verir ki, bunu "112 Ukraina” televiziyasında çıxışı zamanı ukraynalı siyasətçi Gennadi Moskal söyləyib.

"Ukrayna assosiativ üzvlük haqqında müqavilə imzalamazdan öncə Putin təhdid edirdi ki, Rusiyanın sərhədlərinin NATO və Avropa Birliyinin sərhədləri ilə birləşməsinə izn verməyəcək. Putin Krımdan əlavə Yanukoviçə Donetsk, Luqansk, Xarkov, Nikolayevsk, Odessa və Zaporojski vilayətlərini alacağını da deyirdi. Məhz bu, Yanukoviçin AB ilə müqaviləyə imza atmamasına səbəb oldu”, – deyə o bildirib.

Demokratik.Az

Oxşar xəbərlər