Ordumuz “yaz hücumuna” keçsinmi? Paytaxtda VİDEOSORĞU

  • 12 mart 2017, 19:01

Ötən ilin aprel ayında ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar və nəticədə bəzi yüksəkliklərin və düşmən əlində olan kəndlərin geri alınması xalqımıza qələbə sevincini dadızdırdı. Bu qələbənin yaratdığı yüksək əhval-ruhiyyə həm ordumuzda, həm də cəmiyyətdə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olacağı ilə bağlı ümidləri artırdı.

Bu il yenidən aprel ayı yaxınlaşdıqca, düşmən tərəf ordumuzun yeni yaz hücumu həyata keçirəcəyindən narahatdır. Bu mənada aprel ayını Ermənistan ordusu qorxu və narahatlıq içində gözləyir.

Həmçinin vətəndaşlar da ordumuzundan yeni qələbələr gözləyir. Belə olan halda Azərbaycan hərbçilərinin yenidən "yaz hücumu”na keçməsi məsələsi gündəmə gəlir.

Bəs, görəsən əhali bu haqda nə düşünür?

Onların ordumuzun aprel ayında irimiqyaslı hərbi əməliyyatlara başlamasına münasibəti necədir?

Bu sualla paytaxt sakinləri arasında sorğu keçirdik. Respondentlər birmənalı olaraq ordumuzun qələbə əzminə inandıqlarını ifadə etdilər.

Sorğu iştirakçılarının cavablarından da bəlli oldu ki, vətəndaşları narahat edən yeganə məsələ odur ki, Rusiya Ermənistanın arxasında olduqca, arzulanan qələbəni qazanmaq heç də asan olmayacaq. Lakin bu məsələdə həm ordumuzun gücümə , həm də dövlətin siyasətinə əmindirlər.

Yeni Müsavat qəzetinin yazarı Elşad Paşasoy da sorğumuzda iştirak etdi. O bildirdi ki, Azərbaycan ordusunun hücuma keçməsi üçün fəsil fərqi yoxdur. Azərbaycan əsgərləri, zabitləri hər zaman düşmənə layiqli cavab verməyə hazırdı.

Daha ətraflı təqdim etdiyimiz videosujetdən izləyə bilərsiniz.

Məğrur Mərd

Oxşar xəbərlər