Keçmiş müsavatçı İsa Qəmbəri ifşa etdi

  • 03 fev 2017, 14:19

Azərbaycanda müxalifət partiyaları dərin böhran içindədir. Özlərini "aparıcı müxalif qüvvə” hesab edən partiyalar bir neçə dəfə parçalanıb və sıraları xeyli seyrəlib. Müxaliflər gündəmdə qalmaq üçün hər yola əl atırlar.

İsa Qəmbərin "sınanılmış” texnologiyasına bələd olan sabiq müsavatçılar hesab edirlər ki, partiya məhz gündəmdə qalmaq üçün istənilən yola əl ata bilər. 

Sabiq müsavatçı, Ağ Partiyanın sədri Tural Abbaslının AzVision.az-a bildirdiyinə görə, Müsavatın fəaliyyətsiz partiya olması heç kimə sirr deyil: "Bu gün təkcə Müsavatda yox, Azərbaycan müxalifətində durğunluq yaşanır, bir çöküş hakimdir. Çünki, meydan hərəkatından çıxan simalar hələ də siyasi arenadadır. İnsanlar bundan yorulublar, dəyişiklik istəyirlər. 1993-cü ildən bu yana ölkədə prezident, parlament, bələdiyyə seçkiləri, referendum keçirilib. Bu seçkilərin hamısında eyni simalar insanalara eyni sözləri deyiblər. Nəticədə məğlubiyyət, uğursuzluq onları izləyib. Baş verənləri bu çöküşün tərkib hissəsi kimi qiymətləndirirəm”. 
T.Abbaslı sədri hesab edir ki, vaxtı keçmiş müxalif partiya sədrləri postlarını tərk etməlidir: "Köhnələri yaşatdıqca, yeni quruluşların ortaya çıxma şansları azalır. İnsanlar köhnədən qalanları müdafiə etməkdə həvəsli deyillər. Müsavatla bağlı baş verənlər partiya rəhbərliyinin səhv addımlarının nəticəsidir. Gündəmə gəlmək məqsədi daşıyır. Bundan da Müsavat istifadə etməyə çalışır. Onlar düşünür ki, antireklam da bir reklamdır”.
Qeyd edək ki, Müsavatın keçmiş sədri İsa Qəmbərin Novxanıda keçirilən tədbirdə hakimiyyətlə bağlı səsləndirdiyi fikirlər etirazla qarşılanıb. Bu səbəbdən ötən gün bir qrup gənc partiyanın qərargahı qarşısında etiraz aksiyası keçirib. Aksiya zamanı gənclər İsa Qəmbəri onların qarşısına çıxaraq suallarına cavab verəyə çağırsa da, o bundan imtina edib. Bundan sonra gənclər İsa Qəmbəri qorxaq adlandıraraq, ünvanına sərt tənqidlər bildiriblər. 

Elvin Abdulqədirov

 

Oxşar xəbərlər