Demokratik TV
Xəbər lenti
Demokratik.Az » Xəbərlər » Siyasət » Azərbaycan XİN: "İstanbulda törədilən qanlı terror aktını qəti şəkildə pisləyirik"
Azərbaycan XİN: "İstanbulda törədilən qanlı terror aktını qəti şəkildə pisləyirik"
- 11 dek 2016, 12:37
"İstanbulun Beşiktaş rayonunda törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktını qəti şəkildə pisləyirik".
Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
"Bu xain terror aktı nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə və qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq.
Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini dəstəkləyir", - deyə XİN-dən bildirilib.
Qeyd edək ki, İstanbulun mərkəzi rayonu Beşiktaşda yerləşən Vodafone Arena sadionunun çıxışı yaxınlığında baş verən iki güclü partlayış nəticəsində 29 nəfər həlak olub, 166 nəfər isə yaralanıb. Ölənlərin 27-polis əməkdaşı, 2-si isə dinc vətəndaş olub.
Paylaş:
Facebook
Twitter
Vkontakte
Ok.ru
İlham Əliyev Türkiyə prezidentinə başsağlığı verib
İstanbulda həlak olan turistlərin cənazələri Almaniyaya göndərildi
Roma Papası Türkiyədəki terror aktını pislədi
Putin də Ərdoğana başsağlığı verib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
Ərdoğandan İsraillə barışıq bəyanatı
İlham Əliyev Ərdoğana başsağlığı verib
“Bunun kökünü kəsmək lazımdır” – Əli Əhmədov
Demokratik TV
Gəncədə məktəb direktorunun intihar cəhdinin İZİ İLƏ... "Hadisə sübut edir ki, Anar Qədimalıyev.."
Xəbər lenti