NİDA-çı gəncə 10 il iş verildi

  • 25 okt 2016, 19:49
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə NİDA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimov 10 il azadlıqdan məhrum edilib. Bu barədə Modern.az-a vəkil  Elçin Sadıqov məlumat verib.
 
Daxili İşlər Nazirliyinin (DİN) həbs edilən NİDA-çı gənclər – Qiyas İbrahimov və Bayram Məmmədovla  bağlı yaydığı məlumatda bildirilir ki, hər iki gənc narkotik maddəylə əlaqəli saxlanılıb. 
 
Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu qəsəbə sakini Bayram Məmmədovdan 2,904 qram heroin, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilərək götürülüb.
 
Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklə Mübarizə İdarəsi, Nəsimi RPİ 22-ci PB və Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Qiyas İbrahimovdan 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb.
NİDA hərəkatı hesab edir ki, gənclər Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentini yazdıqlarına görə saxlanıblar.
 
Demokratik.Az
Oxşar xəbərlər