Bakıda mitinq keçirildi

  • 17 sen 2016, 20:05
Milli Şura "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış aksiya keçirib.  
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, aksiyada Milli Şuranın 800-dək üzvü və təəssübkeşi iştirak edib. 
Aksiya zamanı heç bir insident baş verməyib.

****



 

Sentyabrın 17-də saat 17:00 radələrində Milli Şuranın "Məhsul” meydanında keçirdiyi mitinq başa çatandan sonra polislə mitinq iştirakçıları arasında qarşıdurma yaranıb. 
Nəticədə 30-a qədər şəxs saxlanılıb. Saxlanılanlar arasında Azadlıq Radiosunun əməkdaşları İslam Şıxəli, Orxan Rüstəmzadə, "Turan” agentliyinin əməkdaşı Fərid Arifoğlu da var.

Polis partiya fəallarını da saxlayıb. Müsavat Gənclər təşkilatının üzvü Ayxan Hacıbəyli də polis tərəfindən saxlanılıb.

Polislər blogger Meyman Hüseynova da hücum edib, zərbələr endiriblər. Amma o sərbəst buraxılıb. (meydan.tv)
Oxşar xəbərlər