Ramiz Mehdiyev Ramzan Kadırovla görüşdü

  • 25 may 2016, 08:55
Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehtiyevin başçılıq etdiyi nümayəndə heyəti Qroznıda Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovla görüşüb.

"Report" "Grozny.tv"yə istinadən xəbər verir ki, Ramiz Mehtiyev görüş zamanı Azərbaycan prezidenti İlham Əliyevin Çeçenistan rəhbərinə salamlarını çatdırıb.

Administrasiya rəhbəri Azərbaycan və Çeçenistan xalqlarının həmişə bir-birilərinə dost olduqlarını qeyd edib. Ramiz Mehtiyev, həmçinin münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu diqqətə çatdırıb.

Ramzan Kadırov öz növbəsində qeyd edib ki, dünyada hazırkı vəziyyətdə əsas məsələ bütün ölkələrin öz səylərini terrorçuluğa qarşı birləşdirməsi, eyni zamanda ikili standartlar siyasətinin bir kənara atılmasıdır. O bildirib ki, bəşəriyyətə qarşı cinayətlər işıqlandırılmalı və eyni dərəcədə mühakimə olunmalıdır.

Tərəflər, həmçinin iqtisadiyyat sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
 
Demokratik.Az
Oxşar xəbərlər