Rusiya Türkiyəylə olan buzları əridir

  • 25 mart 2016, 23:09
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Türkiyə və Rusiya arasındakı soyuq münasibətlərdən danışıb.

"Qafqazinfo” RİA Novosti-yə istinadən xəbər verir ki, XİN rəsmisi bu münaqişənin müvəqqəti xarakter daşıdığını, tezliklə iki ölkə arasında yenidən münasibətlərin bərpa oluna biləcəyini qeyd edib.

O həmçinin əlavə edib ki, ABŞ-ın dövlət katibi Con Kerrinin Moskva səfəri zamanı Türkiyə-Rusiya münasibətləri məsələsi müzakirə edilməyib.

Bundan əlavə, Zaxarova qeyd edib ki, Rusiya Suriyadakı vətəndaş müharibəsinə qarışmayıb:

"Orada vətəndaş müxalifəti var. Amma Rusiyanın hərbi hava qüvvələrinin bununla heç bir bağlılığı yoxdur”.