Prezident İlham Əliyev dominikanlı həmkarını təbrik edib

  • 27 fev 2016, 20:08
Azərbaycan Prezidenti İlham Əliyev dominikanlı həmkarı Danilo Medinanı Dominikan Respublikasının Müstəqillik günü münasibətilə təbrik edib.
 
APA-nın xəbərinə görə, təbrik məktubunda deyilir: "Dominikan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
 
Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi arzulayıram".
 
Demokratik.Az