Putin 10 generalı birdən qovdu

  • 11 fev 2016, 13:32
Rusiya prezidenti Vladimir Putin müxtəlif hərbi qurumlarda çalışan 10 generalı xidmət yerindən azad edib.

Avropa.info xəbər verir ki, bu barədə sərəncam prezidentin rəsmi saytında yerləşdirilib. 

İşdən azad olunanlar arasında Çeçenistan İstintaq Komitəsi idarəsinin başçısı Sergey Devyatov, İK-nin Moskva üzrə sədr müavini Aleksey Zyazev və FHN-nin icra aparatının başçısı Robert Kireyev də var.

Putin DİN-nin antikorrupsiya idarəsinə yeni sədr müavini də təyin edib. Həmin şəxs polkovnik Vladislav Qorkavtsevdir.

 

Demokratik.Az