Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

11:21 - 14.11.2019  
İqtidar daxilində yarıməxfi saxlanılan şok gəlişmə
Tarix: 7-02-2016, 13:37 | Bölmə: Xəbərlər » Siyasət

İqtidar daxilində yarıməxfi saxlanılan şok gəlişməHökumətdə yeni antikorrupsiya tədbirləri başlayıb - təfsilat; Yanvar ayının 1-dən bütün nazirlik və komitələrdə qeyri-rəsmi ödənişlər tam dayandırılıb - bu, indiyədək hökumətdə görünməyən miqyaslı və riskli prosesdir; Ekspert: "Amma bundan daha risklisinin nə ola biləcəyini prezident İlham Əliyev hələ də gözü doymayan bəzi məmurlardan yaxşı bilir...” 

 

Azərbaycanda neft gəlirlərinin kəskin azalması ilə yaranmış mövcud iqtisadi vəziyyət, xüsusən manatın devalvasiyasından sonra bölgələrdə lokal etiraz aksiyaları korrupsiya və rüşvətxorluqla mübarizənin çörək qədər vacib olduğunu göstərdi. 

Azərbaycanda siyasi sabitliyi dayanaqlı edən iqtisadi şərtlərin neft gəlirlərinin azalması ölkədəki prosesləri təhlükəli məcraya yönəldə bilər. Hələ ötən ilin əvvəlindən prezident İlham Əliyev keçirdiyi müşavirələrdə ölkədəki iqtisadi problemləri ardıcıl sadalayaraq, "artıq hövsələm tükənib” deyərək rüşvətə və digər neqativ hallara son qoymağı tələb edirdi.
Azərbaycanda antikorrupsiya kampaniyasına 2011-ci ilin yanvarında - Yaxın Şərqdə ərəb inqilabları qızışan ərəfədə başlamışdı. Hakimiyyət cəmiyyətin ən çox qıcıq verdiyi,  gündəlik həyatında rastlaşdığı korrupsiyaya və rüşvətə qarşı mübarizəyə start verdi. Doğrudur, bu prosesdə iri  məmurlar həbs edilmədi. Amma indi neftin qiymətinin yaratdığı böhran təkcə ətraf və ya uzaq ərəb ölkələrində deyil, Azərbaycanın daxilinə yansıdığından bu prosesdə heç kim prezidentin də bildirdiyi kimi toxunulmaz deyil. "MTN işi”, ondan sonra rabitə və informasiya texnologiyaları nazirinin cəzalandırılması da göstərdi ki, bu dəfə iqtidar sahibi kifayət qədər təşkilatlanmış, hakimiyyət qanadlarında inzibati və maliyyə resursları ilə möhkəmlənmiş böyük bir qrupun da "əlini kəsmək” iradəsinin ortaya qoyub. 

Eldar Mahmudov çetesinin çöküşü, Əli Abbasovun korrupsiyaya bulaşmış nazirliyindəki həbslər yeni hakimiyyət modelinə qarşı müqavimət göstərənlərə dərs oldu. "Biz korrupsiyaya, rüşvətxorluq üçün, əgər belə demək mümkündürsə, meydanı daraltmalıyıq. Azərbaycanda hazırda elə islahatlar aparılmalıdır və aparılır ki, bu meydan daha da daralsın və bu bəla, bu yara aradan götürülsün” deyə, prezident son çıxışlarından bildirib.

Məlumata görə, yanvar ayının 1-dən bütün nazirlik və komitələrdə qeyri-rəsmi ödənişlər tam dayandırılıb, Hakimiyyətə yaxın mənbə "Yeni Müsavat”a deyib bu, indiyədək hökumətdə görünməyən miqyaslı bir prosesdir. Söhbət ondan gedir ki, indi cibinə pul qoyub kiminsə kabinetində hər hansı bir işi aşırtmaq, razılaşdırmaq faktiki mümkün deyil. Mənbə iddia edir ki, indilikdə məmurlardan buna kiminsə cəsarət edə biləcəyi də ağlabatan deyil. 


"İndi hansısa məmurun qapısına belə niyyətlə getsə belə, bəlkə də həmin adamı həbs etdirərlər. Çünki həssas zaman yetişib və iqtidar komandasında bu məsələdə təşviş aşkar hiss olunmaqdadır” deyə, qaynaq bildirib. O da deyilir ki,  bu səbəbdən bəzi oliqarx-məmurlar onlara yaxın iş adamlarına ehtiyatlı olmağı, kimsə ilə bu istiqamətdə "razılaşmaya” getməməyi tapşırıb.


İqtidar daxilində yarıməxfi saxlanılan şok gəlişməXəbərlər var ki, 2011-ci ildən fərqli olaraq hakimiyyət bu dəfə antikorrupsiya tədbirlərini kampaniyaya çevirmir, amma bu bəlanın kökünü kəsmək üçün daha səmimi və israrlıdır. İqtidarın "rüşvətə qadağa”sının təbliğata çevirməməsinin bir sıra səbəbləri var.  İqtidar hazırda dünya maliyyə institutları ilə danışıqlar aparır ki, indilikdə bunun açıq kampaniya kimi aparılması əngələ çevrilə bilər. Digər tərəfdən,  gözü hər iki mənada iqtidarda olan dağınıq müxalifət də bu prosesi hakimiyyətin özünə qarşı çevirə bilər. Daha bir səbəb hətta neft böhranı ilə bağlı vəziyyətdə belə  daha çox qazanmaq hərisliyindən əl çəkməyənlərlə bağlı ola bilər. Sirr deyil ki, bu proses iqtidar daxilində müəyyən narazılıq yarada bilər. Qeyri-rəsmi gəlirlərdən və "yağlı büdcədən” əli üzülmüş bəzi məmurlar açıq müqavimətə başlaya, sosial narazılıqları körükləməkdə maraqlı ola bilərlər. Bu səbəbdən də onları daha çox qorxutmamaq, mediada küncə sıxmamaq üçün proses daxildə, KİV-lərə sızmaması üçün yarı-məxfi aparılır.

Xəbəri "Yeni Müsavat”a şərh edən siyasi ekspert deyib ki, antikorrupsiya tədbirləri indilikdə hakimiyyətin iqtisadi islahatlar istəyi qədər əhəmiyyətlidir. "Komandada korrupsiya yığışdırılmasa, iqtisadi islahatların heç bir effekti olmayacaq. Bu, indilikdə həm də riskli prosesdir, amma bundan daha risklisi xalqla üz-üzə qalmaqdır. Bunu isə İlham Əliyev hələ də gözü doymayan məmurlardan yaxşı bilir” - deyə, ekspert bildirib.

"Yeni Müsavat”

Xəbər 2499 dəfə oxunub






Oxşar xəbərlər

Asim Mollazadə: “İcra strukturlarında yeni təfəkkürə malik gənclər lazımdır”
Erməni əsir üzr istədi: “Azərbaycanda cənnətdəyəm” – VİDEO
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır
Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı
Ermənistan müharibədən də qorxulu fəlakətlə üz-üzə
Məşhur aktrisa azərbaycanlı aktyorla eşq yaşayır?
Əvəz Zeynallının üzərindəki qadağa götürüldü - özü yazdı
BMT baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlib
Gürcüstan Azərbaycana müşahidəçilər göndərəcək
Ölkəmizdə yeni soyuducu anbarlar yaradıla bilər
"Etdiklərimə görə oğlumdan üzr istədim" - Fədayə
MTRŞ Prezidentə müraciət etdi
Mənfi ehtimal! Azərbaycanda çörək kəskin bahalaşacaq
Müsavat Partiyasının başqanı Arif Hacılı saxlanılıb
AzTV-də dövlət qurumları tənqid olundu - VİDEO
İlham Əliyev sərəncam imzaladı
Trampdan Ərdoğana 100 milyardlıq təklif
İlham Əliyev Cavid Qurbanovu qəbul edib - FOTO
Tramp İŞİD-in yeni liderini təhdid etdi
Bu il İran polisi 530 ton narkotik vasitə müsadirə edib
Göygöldə oğurluq edən şəxslər saxlanılıb
Ramiz Mehdiyev də AMEA-da islahatlara başladı – İdarə və şöbələr ləğv olunub
LÜTVƏLİ BABAYEV NİYƏ “VURULDU”?
Oqtay Gülalıyev hələ də komadadır - son durum
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
Rusiya XİN rəhbərinin işğala açıq dəstəyinə reaksiyalar
“Saudi Aramco” səhmlərini niyə satır?
Müsavat Əli İnsanovu "siyasi reanimasiya"dan çıxardı
Azərbaycan yenidən dünyanın diqqət mərkəzində
Parlamentdə büdcə müzakirələri başladı
ADAU-dan yeni XƏBƏR var - Rektorun "333"ləri, villaları, mənzilləri və...
Prezident 4 rayonun ivra başçısını dəyişdirdi – Deputata vəzifə verildi
Prezident: "Biz hələ işin başlanğıc mərhələsindəyik"
Zakir Həsənov təcili müşavirə keçirib - VİDEO
Prezident: "Azərbaycanda siyasi və iqtisadi islahatlar vəhdət təşkil edir"
İsveçdə “Ağdam restoranı” açıldı
Patriarx Kirill Bakıya səfər edəcək
Bu gün Azərbaycanda Konstitusiya günüdür
Rəsmi Bakıdan Lavrova - CAVAB
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb
Ər-Riyadda aktyorlara silahlı hücum olunub
Xoşbəxt Yusifzadə: “Hələ 90 yaşım olsun, sonra baxarıq...”
Mübariz Mənsimov Araz Əlizadəni “siyasi təlxək” adlandırdı
Sabiq Baş prokurorun "GENERAL" bacısı oğluna 12 il iş verildi - HÖKM
Tərtərin Dəmirçilər kəndindən ŞİKAYƏT – “..son ümüd yerimiz mətbuatadır ki, bəlkə…”
Noyabrın 14-də NATO baş katibi Ağ Evə səfər edəcək
Azərbaycan Nayrobi Sammitində iştirak edəcək
Mehriban Əliyeva “Bayraq Günü"nü təbrik etdi
Ərdoğanla Putin Suriya məsələsini müzakirə ediblər
Göyçayda möhtəşəm Nar festivalı keçirilib
Bu gün Azərbaycan Dövlət Bayrağı günüdür
ADAU-nun müəllimləri TƏKZİB EDİR - "Yazılanlar yalan və böhtandır"
Alman şirkəti ərazimizi Ermənistan torpağı kimi təqdim edir - FOTO
Tanınmış yazıçının əri intihar etdi
"Azeri Light" nefti bahalaşıb
“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olundu
Nəcməddin Sadıkovu da istefaya çağırdılar - 26 ildir ki...
"Qanunları tapdalayan Cavid Qurbanovdur, yoxsa onun işçiləri?" - VİDEO
İlham Əliyevin təşəbbüsü ilə bu qanunlar dəyişdirilir – Siyahı
İraq kəşfiyyatı iki İŞİD liderini saxlayıb
ADAU-nun "itkin düşmüş" avtobusu tapıldı - Fotolar
MTRŞ ANS ÇM-in tezliyini müsabiqəyə çıxarıb – Vahid Mustafayevin sözçüsündən REAKSİYA
Mehman Hüseynov da bələdiyyə sədri olmaq istəyir
Məşhur milyarder Göyçaya gəldi (FOTO)
Azərbaycan müharibəyə hazırlaşır?
Səfir: “Fransa və Azərbaycanın strateji maraqları üst-üstə düşür"
Qazaxda raket tapılıb
Ümumdünya Şahmat Olimpiadası Naxçıvanda keçirilə bilər
ABŞ Paşinyana əvəz axtarır
"Alışanov üçün 100 min “semiçka puludur"" - Qulu Məhərrəmli

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.25084] initstartout [0.00018] initstartin [0.00068] calstart [0.00890] calend [0.00050] topnewsend [0.00436] rsssend [0.00000] ehgend [0.00577] tagsstart [0.00062] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.22979]