ABŞ Rusiyanın 5 konsulluğunu bağladı

  • 23 yan 2016, 10:34

Amerika hökuməti bunu Rusiyanın ABŞ diplomatlarının işinə müdaxiləsi ilə izah edib.

ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner bildirib ki, Rusiyanın Amerika diplomatlarının işinə müdaxiləsinə cavab olaraq RF-in bu ölkədəki beş fəxri konsulluğunun akkreditasiyası ləğv edilib.

Vitrualaz.org saytı TASS agentliyinə istinadən xəbər verir ki, Toner ABŞ hökumətinin addımını şərh edərkən deyib: «Bu addımlar bizim əməkdaşlarımızın Rusiyada izlənməsinə, Moskvadakı Amerika mərkəzinin və ABŞ-ın Rusiya ərazisindəki 28 obyektinin bağlanmasına cavab olaraq atılıb».

Bununla yanaşı, Dövlət Departamentinin rəsmisi bildiorib ki, bu qərarlar rusiyalı diplomatların, səfirliyin, konsulluğun və Vaşinqtondakı Mədəniyyət mərkəzinin işinə təsir göstərməyəcək.

Rusiyanın Kaliforniya, Yuta, Minnesota, Florida və Puerto-Rikodakı beş fəxri konsulluğu bağlanıb. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova daha öncə bildirmişdi ki, ABŞ vətəndaşları olan fəxri konsullara qarşı Amerika hakimiyyəti tərəfindən cinayət işləri qaldırıla bilər.