Vəhdət Partiyası AXCP-ni və onun qəzetini qərəzdə suçlayır

  • 08 noy 2015, 19:50
""Azadlıq " qəzetinin 4 Noyabr 2015-ci tarixli sayında parlament partiyaları xarakterizə olunarkən Vəhdət Partiyası haqqında aşağılayıcı ifadələr işlədilmişdir. Guya bu partiya bir nəfərdən ibarət, strukturları olmayan təşkilatdır". 

Bu barədə Vəhdət Partiyasının mətbuat xidmətinin yaydığı press-relizdə bildirilir.

Vəhdət Partiyası bəyan edir ki, partiyanın Baş Məclisi 16.09.2015-ci ildə keçirilib, təkcə öz sıralarından Milli Məclisə seçkilərlə bağlı 20 nəfər səlahiyyətli nümayəndə ayırıb və MSK-da təsdiq olunub: "Pariyanın Siyasi Şurası və Sədr Aparatı, rayon təşkilatları daimi fəaliyyətdədir".

Partiyadan yayılan açıqlamada bildirilir ki, Vəhdət Partiyasının birinci müavini Abdul Vahab Manafov AXCP-nin yaradılmasına imza atmış 25 nəfərdən biridir: "Heç indiki AXCP-də belə ranqlı bir nəfər də yoxdur".
Daha sonra qeyd olunur: "Partiyanın Baş Məclisinin sədri məhşur yazıçımız Abbas Pənahinin oğlu, tanınmış alim professor Şəfiq Pənahi, onun müavini isə mili hərəkatin öncüllərindən biri olan alim Fəxrəddin Ağazadədir. 

MNTK-nın sədri Dövlət Əmlak Komitəsində vəzifəsini əqidəsinə qurban verən, 20 Yanvar şəhidlərinin dəfninin təşkilində önəmli rol oynamış Etibar Səmədovdur.
Partiyanın rəhbərliyində Bakı və Kəndlər birliyinin yaranmasında əsas rol oynayanlardan olan Səftər Baxşiyev, Meybulla Meybullayev, görkəmli ziyalı Rəhilə Heydərova, Azərbaycan Respublikasının vəkillər kolleqiyasının üzvü İntiqam Həsənov və digərləri təmsil olunurlar.

Partiya təəssüf edir ki, AXCP və onun qəzeti Vəhdət Partiyasına qərəzli münasibəti ilə özünə qarşı əks cəbhəni genişləndirməli olur".