Mubariz Qurbanlı radikal qruplardan danışdı

  • 05 mart 2015, 17:45
"Biz ölkəmizdə hər hansı radikal qrupların fəaliyyət göstərməsinə imkan vermirik və verməyəcəyik".
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bu məsələyə Milli Təhlükəsizlik Nazirliyinin ölkədə şəriət dövlət qurmaq istəyən mütəşəkkil dəstənin zərərsizləşdirilməsinə münasibət bildirərkən deyib. M.Qurbanlı Azərbaycanda radikal dini qruplaşmaların qarşısının alınmasının davam etdiyini bildirdi.

Komitə sədri ölkədə radikal dini qruplaşmaların fəaliyyətinin qarşısının alınması üçün görülən və görüləcək işlərdən danışdı. Həmçinin onu da qeyd etdi ki, Milli Təhlükəsizlik Nazirliyi, hüquq- mühafizə orqanalarının və ideoloji qrumların apardığı işlər uğurlu nəticə verib. Onun sözlərinə görə, bu cür işlər ölkədə radikal qrup tam yox olana kimi davam etdiriləcək.


 
Demokratik.Az