Bugün Azərbaycan və Ermənistan XİN başçıları görüşür

  • 04 dek 2019, 09:48

Bu gün Slovakiyanın paytaxtı Bratislava şəhərində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Zöhrab Mnatsakaryan arasında görüş olacaq.

Demokratik.Az-ın məlumatına görə, görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçiriləcək.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə edəcəklər.

Qeyd edək ki, dekabrın 3-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Slovakiyanın Bratislava şəhərinə yola düşüb. Səfərdə məqsəd ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 26-cı görüşündə iştirak etməkdir.

Oxşar xəbərlər