Sarkisyan Qarabağdan danışdı

  • 15 noy 2018, 12:29

Ermənistan Respublika Partiyası Dağlıq Qarabağ məsələsində güzəştsiz olacaq.

Bu haqda feysbuk səhifəsində partiya sədrinin birinci müavini Vigen Sarkisyan yazıb.

"Biz konstruktiv müxalifət olacağıq və dialoqa həmişə hazırıq. Amma elə məsələlər var ki, biz güzəştsiz olacağıq. Hər şeydən əvvəl, bu, Dağlıq Qarabağ probleminə aiddir. Problem yalnız öz müqəddəratını təyin etmə hüququ ilə məhdudlaşdırılmır. Bu, bütün bizim ölkəmiz üçün ən əhəmiyyətli təhlükəsizlik məsələsidir”, - o bildirib.

 

Qeyd edək ki, Ermənistanda dekabrın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək. Bütün siyasi qüvvələr kimi, keçmiş prezident Serj Sarkisyanın lideri olduğu Respublika Partiyası seçkilər öncəsi təbliğat kampaniyasında Dağlıq Qarabağ kartını işə salaraq sərsən bəyanatlarla çıxış edirlər. /publika.az/

Demokratik.Az

Oxşar xəbərlər