Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

02:23 - 15.12.2019  
Rus politoloqdan Qarabağla bağlı sensasion iddia
Tarix: 7-11-2018, 08:47 | Bölmə: Xəbərlər » Siyasət

Sülhəddin Əkbər: "Söhbət aralıq razılaşmadan gedir, məsələnin köklü həllindən yox”

Rus politoloqdan Qarabağla bağlı sensasion iddia"ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İrəvana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair öz formulunu təqdim edib. Bu formulun mahiyyəti belədir ki, işğal edilmiş Azərbaycan ərazilərində İrana təzyiq göstərmək üçün Amerika hərbi bazasının yerləşdirilməsi təmin edilsin”. Virtualaz.org xəbər verib ki, belə sensasion bəyanatla "Rossiya 1" telekanalının ”Axşam Vladimir Solovyovla" proqramında çıxışı zamanı Rusiyanın Xəzər Əməkdaşlığı İnstitutunun direktoru Sergey Mixiyev çıxış edib.

Rusiyalı ekspert deyib ki, Ermənistandakı "məxməri inqilab” Vaşinqtonun rəhbərliyi ilə təşkil olunub və həyata keçirilib: "Ermənistanda deyirlər ki, hakimiyyət dəyişikliyi amerikalılarla heç cür bağlı olmayıb. Lakin bu, qətiyyən belə deyil. Hamıya yaxşı məlumdur ki, Ermənistanda Amerikanın böyük sayda dayaqları var. ABŞ-a Ermənistanda müəyyən dərəcədə idarəolunan hakimiyyət ona görə gərək idi ki, İrana təzyiq üçün platsdarm qazansın. Və məhz bu səbəbdən Amerika indi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair öz fəaliyyətini artırıb. Onların Qarabağla bağlı öz planı var - Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonları təhvil vermək, bundan sonra ora sülhməramlılar qismində Amerika qoşunlarını yeritmək və beləliklə də İrana təzyiq üçün mövqe qazanmaq. İrəvan buna gedəcəkmi, məlum deyil. Amma Boltonun Ermənistana səfəri zamanı belə planın təqdim edildiyi doğrudur”.

Deyilənləri "Yeni Müsavat”a şərh edən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, ABŞ-ın münaqişənin tənzimlənməsi ilə bağlı həll variantını təqdim edəcəyi gözləniləndir: "Xatırlayırsınızsa, prezident Donald Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbrik məktubunda bir ifadə var idi. Tramp qeyd edirdi ki, önümüzdəki aylarda Qarabağ məsələsinin həlli ilə bağlı imkanlar açılacaq. Yəni açıq şəkildə Tramp Birləşmiş Ştatların münaqişənin tənzimlənməsi ilə bağlı təklif irəli sürəcəyinin anonsunu vermişdi. Bu baxımdan Con Boltonun regiona səfəri zamanı Tramp administrasiyasının münaqişənin tənzimlənməsi ilə bağlı təkliflərini gətirdiyi, hər halda, bəllidir. Erməni mətbuatı da Bolton Ermənistanda olarkən iki məsələ ilə bağlı Paşinyana təkliflər verdiyini açıqladı. Birincisi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə, ikincisi, silah satışı ilə bağlı. İndi Rusiyadan Sergey Mixiyevin detallı açıqlamaları bilmirəm rus kəşfiyyatının mətbuata sızdırmaq istədiyi məsələdir, yoxsa yox. Amma Boltonun özünün açıqlamalarından belə çıxır ki, o, Bakıda və İrəvanda olarkən münaqişənin həlli ilə bağlı tərəflərə təkliflər verib. Onun çıxışlarından belə görünürdü ki, ABŞ tərəflər arasında daha yaxşı müqavilənin imzalanmasını istəyib. Bu, o deməkdir ki, Amerika bilirdi ki, Rusiya regiona sülhməramlı qüvvələr adı altında öz silahlı qüvvələrini yerləşdirmək üçün tərəflərə özünün ”həll planı"nı qəbul etdirmək istəyir. Ona görə də ABŞ Vaşinqtona görə daha yaxşı şərtlərlə tərəflərə müqavilə təklif edir".

Əkbərin fikrincə, burada başlıca hərbi-strateji məsələ ondan ibarətdir ki, İran məsələsinin gündəliyə gəldiyi bir vaxtda İranın şimalında Amerikanın, yoxsa Rusiyanın silahlı qüvvələri olacaq: "Əsas məsələ budur. Ona görə də həm Moskva, həm Vaşinqton bu hərbi-strateji məsələni həll etməyə çalışır. Onun ən yaxşı yolu da münaqişənin həlli ilə bağlı təkliflər vermək və tərəflərin bu təklifi qəbul etdiyi halda sülhməramlı qüvvələr adı altında öz silahlı qüvvələrini bölgəyə yerləşdirməkdən ibarətdir. Yəni ”ayının min bir oyunu" bu məsələnin başındadır. Ona görə də Boltonun Paşinyana o cür təklif verməsi - əgər veribsə - bizim üçün gözlənilməz olmamalıdır".

"Əgər Bolton Paşinyana konkret o şəkildə təklif veribsə, bu, deməkdirmi ki, əslində Vaşinqtonun məqsədi Dağlıq Qarabağ münaqişəsini həll etmək yox, bölgədə İrana qarşı mövqe əldə etməkdir” sualına S.Əkbər belə cavab verdi:"Əgər İran məsələsi ilə bağlı ABŞ-la Rusiya arasında heç olmasa çərçivə anlaşması olmayacaqsa, Azərbaycan çətin vəziyyətə düşə bilər. Çünki həm Moskva, həm Vaşinqton ondan tərəf seçməsini tələb edəcək. Hələlik görünən odur ki, Moskva ilə Vaşinqton arasında belə bir razılaşma yoxdur. Ona görə də tərəflər ayrı-ayrılıqda öz ”həll" planlarını həm Bakıya, həm də İrəvana təklif edirlər. Gələcəyə yönəlik necə olacağı çoxlu faktorlardan asılıdır. Təbii ki, təklif verilən tərəflərin hər ikisi daha güclü olanın yanında yer almağa çalışacaq. Nə rəsmi Bakının, nə də rəsmi İrəvanın Vaşinqtona və Moskvaya tez-tələsik cavab verəcəyini düşünmürəm. Yəni bu, bir qədər zaman alacaq məsələdir. Əgər həqiqətən də Vaşinqton İrəvanın razılığını alıb regiona öz silahlı qüvvələrini yeritmək istəyirsə, bu, ancaq Bakının və İrəvanın razılığı ilə ola bilər. Təkcə İrəvanın razılığı ilə ola bilməz. Yəni bu kimi ciddi məsələlərdə Rusiya da, ABŞ da hər iki tərəfin razılığını almalıdır. Söhbət aralıq razılaşmadan gedir, məsələnin köklü həllindən getmir. Onlara lazımdır ki, qismən İrəvanı da, Bakını da qane edən bir aralıq razılaşma imzalansın. Tərəfləri bax belə bir aralıq sazişi imzalamağa məcbur etməkdən söhbət gedir. Çünki aralıq saziş imzalanmalıdır ki, o sazişin təminatçısı adı altında da o sənədə imzalatdıran tərəfin silahlı qüvvələri "sülhməramlı qüvvələr” adı altında regiona yerləşdirilsin. Məsələnin mahiyyəti bundan ibarətdir". /Y.M/

Xəbər 1636 dəfə oxunub






Oxşar xəbərlər

Gədəbəy sakini meşə talanına "DUR" deyir - VİDEOŞİKAYƏT
Elvin İsayev Azərbaycana deportasiya edildi
Deputatın hər gün aldığı 5 min manat… – QALMAQAL
YAP-ın xanım deputatları yenidən namizəd olacaqmı?
4 il susan deputatlar mandatsız qalacaqlar
Azərbaycanda pilotsuz taksilər olacaq
“EuroHome”da malları yanan sahibkarlara şad XƏBƏR
İsa Qəmbərin oğlu da deputat olmaq istəyir
Daha bir “TENDER KRALI” - “Azərtranss”...
Milyarder niyə təngnəfəs olub və ya hansı yolun xəritəsi? - TƏHLİL
İlham Rəhimov hüquq ictimaiyyətini Moskvaya yığdı - yeni dövlət modeli axtarılır
Azərbaycan neftinin qiyməti 70 dolları ötüb
İsfəndiyar Axundovdan Mehriban Əliyevaya şikayət: Dövlətin torpağı və pulu ərəblərə satıldı – VİDEO
AzTV-nin keçmiş sədrinin qızı bir ayda 5 şirkət yaratdı
Şəmkirdə yük qatarı qadını vuraraq öldürüb
Paşinyan “Qarabağ klanı” ilə haqq-hesab çəkir
Türkiyə Bakıdan qazın qiyməti ilə bağlı nə istəyib?
Ermənistanda saxta hərbi sənəd aşkarlandı
Sərdar Cəlaloğludan “Eurohome” yanğını ilə bağlı şok açıqlama - VİDEO
"Forbes" 2019-cu ilin ən nüfuzlu qadınlarının adlarını açıqlayıb
PKK-da parçalanmalar davam edir
USAID-in Azərbaycandakı nümayəndəsi ADAU-da olub
OBA marketlər şəbəkəsinin keçmiş əməkdaşları saxlanılıb - SİYAHI
Refat Çubarov hava limanında saxlanıldı
Berlin rus diplomatlarını qovdu – Kremldən cavab
“Həzi Aslanov”un bir çıxışı bağlana bilər (RƏSMİ)
Bu rayonların pensiya təyinatında dəyişikliklər olundu
"Vətəndaşımız səsini verdikcə dövlətimiz güclənir"
Siyavuş Novruzov parlamentə getmir? - Açıqlama
Leyla Əliyeva babasını belə andı – Video
Gülalıyev niyə sağalmır? – şok detallar
"Netflix" 4 milyona yaxın abunəçisini itirə bilər
Prezident Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!
"HANSI MİRŞAHİN DÜZ DANIŞIR?" - Eynulla Fətullayev də Mirşahini vicdanlı olmağa çağırdı
Bakıda övladlarına işgəncə verən ata həbs edildi
İlham Əliyev Prezident Administrasiyasında yeni təyinat etdi
“VAZ" piyadanı vurub öldürdü - Maştağada
“Şərurlu İsfəndiyar” şirkəti ilə bağlı Prezidentə edilən şikayətdən danışdı, sakinləri ittiham etdi
Ölkədən qaçan məmur bu şəxslərin yaxınıdır
Bu qədər pirotexniki məmulatlar gömrükdən necə keçirilir? - MÜRACİƏT
Çexiya Sarkisyanın qardaşı oğlunu İrəvana təhvil verəcək
"EUROHOME" QƏSDƏN YANDIRILIB, YOXSA...?
Nə vaxta qədər BOYKOT? – İdeal seçki olmayacaq, amma...
TDƏŞ ölkələrinin sahibkarlar üçün ortaq biznes portalı yaradılıb
YAP-ın yeni namizədlər siyahısında kimlər olacaq?
Rusiyada zəncirvarı qəzada 48 avtomobil toqquşub
Stalini necə qoruyurdular? – təzadlı rəylər
Növbəti illərdə referendum keçirilə bilər - səbəb
DSX "Ceyrançöl"də baş verən insidentlə bağlı məlumat yayıb
Cəbhədə atəşkəs pozulub
Vasif Talıbovun gözlənilən qərarına Bakıdan İZAHAT
Bakıda fövqəladə yanğın - “EuroHome” niyə kül oldu...
RƏZALƏT! ADAU rektoru akademik məsləhətçilər seçəndə gender bərabərliyini və təlimatı niyə pozub?
Dünya ölkələrinin xarici borc bəlası - Azərbaycan şükür içində
Sərdar Cəlaloğlu: “...Siyasətdən getməsəm, insan deyiləm”
“Kuklaoynadanlardan qurtulmuşuq” – Milyarder Fərhad Əhmədov iqtidara “yol xəritəsi” təklif edir!
Azərbaycanlı professora 4 milyon avro mükafat
Azərbaycanlı modeldən Dubayda seksual – FOTOSESSİYA
Anar Ələkbərov Oqtay Gülalıyevlə bağlı Aslan İsmayılova zəng vurdu
Ağ Ev: Trampa qarşı ittihamlar yalandır
Bakıda "KamAZ" iki tələbəni vuraraq öldürüb
HAMI DEPUTAT OLMAQ İSTƏYİR, BƏS SEÇİCİ KİM OLACAQ?
Əbu Bəkr məscidi yenidən açılacaq - RƏSMİ
Azərbaycanın keçmiş nazirinə heykəl qoyuldu - Fotolar
Bakıda ticarət mərkəzi yanır - Video
Putin prezident olmayacaq - Simonyan
Mənsimov Gülalıyevin oğlunun iddiasına cavab verdi
2018-ci ildə silah satan şirkətlər 420 milyard dollar qazanc əldə ediblər
Lavrov Vaşinqtonda Trampla görüşəcək

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.35858] initstartout [0.00023] initstartin [0.00107] calstart [0.01341] calend [0.00075] topnewsend [0.00669] rsssend [0.00000] ehgend [0.00930] tagsstart [0.00095] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.32613]