Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

18:40 - 19.01.2020  
Putindən Ankara və Bakıya mühüm jest
Tarix: 2-04-2018, 09:21 | Bölmə: Xəbərlər » Siyasət

Rusiya lideri seçkidən sonra ilk xarici səfərini Türkiyəyə -  işğalçı Ermənistanın "qapı qonşusu”na edir; qardaş ölkə nüvə dövlətinə çevrilmə yolunda...

Putindən Ankara və Bakıya mühüm jestMartın 18-də növbəti 6 illiyə Rusiya prezidenti seçilən Vladimir Putin sabah - aprelin 3-də Türkiyəyə gedəcək. Məlumatlara görə, böyük nümayəndə heyəti ilə gələcək Kreml başçısı prezident Rəcəb Tayyib Ərdoğanla ikitərəfli əlaqələri, o sırada hərbi əməkdaşlıqla bağlı məsələləri (S-400 komplekslərinin alınması və s.), habelə regional və qlobal əhəmiyyətli mövzuları müzakirə edəcək.

Elə həmin gün Ankarada Türkiyə-Rusiya Strateji Əməkdaşlıq Şurasının 7-ci iclası keçiriləcək. Türkiyə prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Ərdoğan və Putinin iştirak edəcəyi toplantıya iki ölkənin nazirləri qatılacaq. Strateji Əməkdaşlıq Şurasının iclasında iki ölkə arasında əlaqələrin inkişafı diqqət mərkəzində olacaq, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Aprelin 4-də isə Ankarada Türkiyə, Rusiya və İran dövlət başçıları arasında Suriyadakı böhranla bağlı zirvə görüşü planlaşdırılır.

*****

Putinin prezident seçkisindən sonra ilk xarici səfərini Avrasiya İqtisadi Birliyinin və ya KTMT-nin hansısa üzv ölkəsinə, məsələn, Belarusa və ya forpost Ermənistana yox, məhz işğalçı ölkənin "qapı qonşusu” Türkiyəyə eləməsi diqqət çəkməyə bilməz və yalnızca simvolik əhəmiyyət daşımır. Bu, hər şeydən öncə xarici siyasətdə Moskvanın qardaş ölkənin bölgədəki roluna və yerinə, Türkiyənin şimal qonşumuzdan ötrü daşıdığı əhəmiyyətə verdiyi qiyməti göstərir. Türkiyəyə verilən önəm isə həm də Azərbaycana verilən önəm, Azərbaycana verilən mesajdır. Faktiki surətdə Moskva Ankaranı, Ankara timsalında isə Bakını seçmiş olur.

Bu xüsusda səfər ən çox işğalçı Ermənistanda narahatlıq yaradacaq, düşməni məmnun etməyəcək. Onsuz da erməni siyasi və ekspert çevrələri, Rusiyadakı və dünyadakı erməni lobbisi xüsusən də son illər Ankara ilə Moskva arasında dərinləşən əlaqələrdən təlaş keçirir, bu əlaqələrin korlanması üçün əllərindən gələni edir. Təlaşın əsas motivi isə sıxlaşan Türkiyə-Rusiya əməkdaşlığının Qarabağ məsələsinə Azərbaycanın xeyrinə mümkün təsiri ilə bağlıdır. Yəni Dağlıq Qarabağ mövzusu günün birində Moskva-Ankara münasibətlərinin predmetinə çevrilə bilər.

Ankara-Moskva münasibətləri isə son illər artan xətlə inkişafdadır və getdikcə əməkdaşlığın bütün mümkün sferalarını əhatə etməkdədir. İki ölkənin ortaq təmas nöqtələri də çoxalmaqdadır və tərəflər bir-birini getdikcə daha yaxşı anlamaqdadır. Təsadüfi deyil ki, Türkiyə Qərbin Rusiyaya qarşı açdığı diplomat savaşına qatılmayıb və heç bir rus diplomatını ərazisindən çıxarmayıb.

Rəsmi Ankara beləcə, bir daha Rusiyaya jest, Qərbə incə mesaj verib. Bununla bağlı prezident Ərdoğan Ankaranın "Sergey Skripal işi” ilə əlaqədar Moskvaya qarşı addım atmaq niyyətində olmadığını "net” şəkildə söyləyib. Ərdoğan deyib ki, Türkiyənin bu addımı atmasında heç bir zərurət yoxdur: "Bu cür məsələlərdə ”biz də belə edək" anlayışını qəbul etmirik".

*****

NATO üzvü Türkiyə 4 ildir Rusiyaya qarşı Qərbin tətbiq elədiyi sanksiyalara da qoşulmayıb və bir daha özünün müstəqil xarici siyasət kursuna sadiqliyini nümayiş etdirib - hərçənd, Ankara Krımın Rusiyaya ilhaqını tanımır. Bu yerdə bir zəruri xatırlatmağa ehtiyac var: "Su 24" insidenti ilə bağlı Rusiya ilə yaşanan böhran zamanı qardaş ölkəyə nə ABŞ, nə də bütövlükdə NATO yetərli dəstək vermədi. Türkiyə bunu yaddan çıxarmayacaq - halbuki, qardaş ölkə Alyans üçün regionda çox önəmli üzv-dövlətdir.

 

Ümumiyyətlə, istənilən dövlət ona dar gündə dəstəkçi olmuş dövləti və ya şəxsi unutmur. Bu mənada Türkiyə kimi qüdrətli bir dövlətin, onun liderinin heç nəyə baxmadan Rusiya əleyhinə sanksiyalara və diplomatik savaşa qoşulmaması, əksinə, Moskva ilə bütün sahələr üzrə əlaqələri inkişaf etdirməsi Kremlə soyuq savaş dövründən bu yana bənzərsiz, hətta tarixi bir yaxşılıqdır. Siyasi dividentlərlə yanaşı, şimal qonşumuza maddi dividendlər gətirəcək bir jestdir.

Rusiyanın buna verəcəyi cavabı, yəqin ki, çox gözləmək lazım gəlməyəcək. Putinin Türkiyə səfəri çərçivəsində Kremlin bununla bağlı Ankaraya yeni reveransının şahidi də ola bilərik. Mümkündür ki, bu cavab münaqişəli bölgələrdə, o cümlədən Yaxın Şərq və Güney Qafqazda bir sıra məsələlərdə müştərək hərəkət etmək niyyətində özünü büruzə versin.

Hər necə olmasa, Rusiya və Türkiyənin bundan sonra bir-birinin maraqlarını daha həssaslıqla gözləmək və ciddiyə almasını təxmin eləmək olar. Bütövlükdə Türkiyə Rusiya uçun artıq vazkeçilməz bir dövlətə çevrilir - həm də kifayət qədər uzun müddətə. Bu, Qarabağ kimi problemi olan Azərbaycan üçün də az önəm kəsb eləmir.

*****

Erməni tərəfini, antitürk çevrələrini Putinin səfəri ilə bağlı təlaşlandıran daha bir detal var: aprelin 3-də Mersində Akkuyu Atom Elektrik Stansiyasının (AES) təməlqoyma mərasimi olacaq və mərasimə Putin də qatılacaq. Akkuyu AES-lə bağlı Türkiyə-Rusiya anlaşması 2010-cu ildə imzalanıb. Stansiyanın ilk reaktorunun ən gec 2023-cü ildə istifadəyə verilməsi gözlənilir. Yəni uzağı, 5 ilə qardaş ölkə artıq nüvə enerjisinə, bəzi nüvə komponentlərinə malik olacaq ki, bu da atom silahına sahib olmaq yolunda mühüm amillərdən biri sayılır. Türkiyə kimi imkanlı və güclü dövlət üçün buna nail olmaq çətinlik törətməz.

Qeyd edək ki, müsəlman ölkələrindən yalnız Pakistan nüvə silahına malikdir. Türkiyənin nüvə dövləti statusu qazanması isə onun gücünə bənzərsiz bir güc qata və qeyd-şərtsiz regional supergücdən qlobal gücə və söz sahibinə çevirərdi. Bu isə Ankaranın bütün xarici siyasət məsələlərində, o cümlədən Qarabağ məsələsində artan söz sahibliyi deməkdir...  

"Yeni Müsavat”ın analitik xidməti

Xəbər 2921 dəfə oxunub






Oxşar xəbərlər

Tramp impiçment ittihamlarını qəti rədd edib
Yunus Səfərov nə istəyir və Elmar Vəliyev niyə güllələnib? - MESAJ
Nazir əmr imzaladı - "20 YANVAR"-a GÖRƏ
İnam Kərimov FAO-nun baş direktoru ilə görüşüb
Şəbnəm necə də cazibədardır – FOTOLAR
Bakıda mikroavtobus piyadanı vuraraq öldürüb
Kəndə hücum edən ac canavarlar iti parçaladı
Vilayət Eyvazov müşavirə keçirdi
Nərminin qətlə yetirildiyi kənddən reportaj (FOTO/VİDEO)
Polis mayoru 10 min rüşvəti alıb yeyərkən tutuldu - FOTO
Rusiyanın yeni baş naziri təsdiqləndi
"Zirə" Rumıniya klubuna qalib gəlib
Hələbə endirilən raket zərbələri 4 nəfəri öldürüb
Prezident DTX rəhbərinə yeni vəzifə verdi
Abşeron "kraliçası"nın da biznesi ARAŞDIRILIR
Netanyahu və Putin arasında telefon danışığı olub
Gəncə şəhər icra başçısına birinci müavin təyin edilib
UEFA Ronaldoya görə sxemi dəyişdi
QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə bəyanat yayıb
Rusiyada hökumət istefaya gedib
Bakı yol polisinə yeni rəis TƏYİN OLUNDU
ABŞ-İran gərginliyi neftin qiymətini “oynadır”
Polis rəisinin müavini vəzifə başında öldü
“Bibiheybət yolu”nun tam istifadəyə veriləcəyi vaxt açıqlandı
Həbs olunan icra başçısının hakim oğlu İŞƏ ÇIXMIR
Şok reaksiya! Nərminin anası Bakıdan ev istəyir
Eyni dairələrdə toqquşan tanınmışlar… – Siyahı
Paltarının yarığı bikinisinə qədər uzandı – Foto
Nizaməddin Quliyevin müstəntiq oğlu işdən çıxarılıb
Avropa İttifaqı ilə saziş NİYƏ yubanır?
Səhiyyə Nazirliyi yeni virusla bağlı əhaliyə müraciət edib
Gəncə Dövlət Universiteti qapıları yenə açdı - MEDİATUR
Rusiya hökuməti tam tərkibdə istefa verdi
Baş prokurorun müavini: Ötən il 9 vəzifəli şəxs həbs olunub
Rüstəm Usubovun cəzalandırmaq istədiyi vəkilə medal verildi
Əfv Komissiyasının yeni sədri kim olacaq?
Daşkəsən polisi özbaşına ovçuları yaxalayıb
Xaçmazda ev oğruları saxlanıldı
"DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir" — Zahir Əzəmət
İlham Əliyev Ermənistanın yalanlarını faktlarla ifşa etdi
Kəlbəcərlilərin daha bir Millətvəkilliyinə adayı qeydə alındı - O ŞAİRDİR
Efirdə rüsvayçılıq! "Ayıb olsun sənə, özgə kişini saxlayırsan"
Afət Telmanqızı və Ləman Ələşrəfqızı REAL-dan ayrıldı
“Ünvanlı sosial yardım proqramı genişləndiriləcək”
Sahil Babayev: “Ötən il DOST iş mərkəzləri 38 min iş yeri yaradıb”
"Sizə cərimə yazılacaq” - Sığorta şirkətləri vətəndaşları hədələyir
Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdi
İcbari tibbi sığorta üzrə xidmətlər zərfi təsdiq edildi
Generalın adı 3 milyonluq mənzil qalmaqalında hallanır
Yeməkdən sonra isti çay içməyin!
İrəvanın iddiaları gülüş hədəfinə çevrildi - “Rusiya olmasaydı...”
İran Kanadanın bütün nümayəndələrinə viza verib
Fəridə Əzizova jurnalistləri məhkəməyə verib
Qanunları heçə sayan “efir müstəntiqləri”
Vilayət Eyvazov generalın qardaşını işdən çıxardı
Xoşbəxt Yusifzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib
Qəbul qaydalarına dəyişikliklər haqqında Nazirlər Kabinetinin qərarının İZAHI
Vasif Talıbov “Şərəf” ordeni ilə təltif edildi
Roman Qriqorçuk "Astana"dan ayrıldı - Rəsmi
Prezident yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib
ŞOK SİYAHI! Hansı məmur və deputatlar ADAU-dan "sosial yardım" alır?
“Donald Trampı Ağ Evdən qovacam”
“Ana, məni zorlayıblar” – 18 yaşlı qız özünü öldürdü
Bakıda Ermənistan konfetləri satılır - FOTO
153 “qəhrəman... - “BANK STANDARD”I müflis edənlərin ŞOK SİYAHISI
35 SAYLI DAİRƏDƏ “ATƏŞKƏS” POZULDU – İqbal Ağazadə icra başçısını təhdid etdi
Suares dörd ay futbol oynamayacaq
Xəlifə Haftar və Faiz Sarac bu gün Moskvada görüşə bilər
Nərminin qatil hadisəni kameraya da çəkib
İranın yeganə qadın olimpiya medalçısı Avropaya sığındı - Sərt danışdı

Bütün xəbərlər

2020 - SİÇAN İLİ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "SİÇAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.28101] initstartout [0.00018] initstartin [0.00068] calstart [0.00914] calend [0.00052] topnewsend [0.00376] rsssend [0.00000] ehgend [0.00590] tagsstart [0.00063] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.26018]