Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

14:13 - 21.01.2019  
İsgəndər Həmidov: “Ağ corabla qara tuflini Rəsul özü geyinirdi”
Tarix: 6-02-2018, 08:14 | Bölmə: Xəbərlər » Siyasət

Saleh Məmmədov: "Görünür, yaş öz işini görür”

İsgəndər Həmidov: “Ağ corabla qara tuflini Rəsul özü geyinirdi”Bir neçə gün öncə Rəsul Quliyev Əbülfəz Elçibəy, onun komandası haqqında təhqiramiz, həqiqətə uyğun olmayan ifadələr işlədib. AXC hakimiyyətinin təmsilçiləri isə təbii olaraq onun cavabını verdilər. Bunun ardından R.Quliyev facebook səhifəsində onlara təhqiramiz cavab yazıb. Sitat:

"Mənim Emin Hüseynova verdiyim intervü çox böyük (dünyanın hər yerində) maraq doğurmaqla yanaşı, bir sıra insanlar tərəfindən əcaib və tərbiyəsizlik nümayiş etdirməklə nəticələnib. Elçibəy hakimiyyətinin yıxılmasının başlıca səbəbi absolyut nadan adamların ən yüksək postlara təyin edilməsi oldu. Hətta yüksək səviyyəli rəsmi görüşlərdə qara tufli, ağ corab geyənlər ən yüksək vəzifələrə təyin edilmişdi. Həmin insanlar-siyasətdən 25 il bundan öncə getməli olanlar bu gün də meydandadırlar və beyinlərinin inkişafı həmin dövrdən dayanıb, bu gün də eyni düşüncə ilə yaşayırlar...”

Ağ corab dəbini kim yaradıb - Maykl Cekson, ya hind aktyorları?

Xüsusən də "yüksək səviyyəli rəsmi görüşlərdə qara tufli, ağ corab geyənlər ən yüksək vəzifələrə təyin edilmişdi” kimi ağağılayıcı sözlər onun ənənəvi leksikonuna uyğundur. "Yeni Müsavat” atmacanın miqyasını nəzərə alıb, ümumiyyətlə, "ağ corab məsələsi”nin üstündən ötəri keçməməyə qərar verdi. Yəni, nədir bu ağ corab ittihamı? Belə bir tərz nə zamansa dəb olubmu? Ümumiyyətlə, ağ corab geyinmək hansı halda təhqir kimi qəbul edilir?

İnternetdə apardığımız kiçik bir araşdırmada məlum oldu ki, 1980-ci illərdə ağ corab geyinmək geniş bir dəb idi. Həmin vaxtlar Maykl Cekson "Billi Cin” klipini yeni çəkmiş və bu kliplə ağ corab dəbini başlatmışdı. Bundan başqa, sözügedən illərdə hind aktyorlarının geyim tərzində də ağ corab ana xətt kimi götürülür və gənclər həm də onları yamsılamağa çalışırdılar.

Amma hazırda hər uniformanın altına ona uyğun rəngdə corablar onun bir parçası olaraq istehsal edilir və geyinilir. Göy rəngdə bir polis geyiminin altına ağ corab geyinildiyində bu, onun ciddiyyətinə və gücünə ciddi zərbə kimi qəbul edilir. Ağ corablar bəzən düzgün şəkildə istifadə olunduğunda şıq görünə bilər. Amma ümumi baxanda ağ corabın heç bir üzrxahlığı yoxdur.

80-ci illərin sonu və 90-cı illərin əvvəlində xüsusən Maykl Cekson ilə trend olan bu stil hazırda Amerikada Castin Timberlake ve Eminem sayəsində davam edir. Bunun xaricində Londonun küçə dəbində ağ corab dalğası ötən yay başlamışdı. Belə ki, ağ corab həm şortiklə, həm də dar şalvar və cinslərlə geyinilirdi.

Modaçılar isə deyir ki, ağ corabı hər kəs daşıya bilməz. Geyinənin bir az rahat, amerikanvari və idman bir stili olması lazımdır. Bundan başqa, 80-90-cı illəri bir qədər sevməsi lazımdır.

Ağ corablar xüsusən idman edərkən, idman salonlarında geyinilir. Bu səbəbdən də ağ corab geyinmiş birini görmək tərli ayaqları xatırladır. İdman corabı olaraq bilinən corablar çox nadir geyimlərin altına geyinilir. Qısası, ağ corabı idman salonlarının xaricində geyinmək bir işə yaramaz.

Psixoloqlar isə deyirlər ki, ağ corab geyinən insanların tənbəl olduqları sübut edilib. Belə ki, geyiminizə uyğun corab seçməyə ərinirsinizsə, ən rahat variant kimi ağ corab seçirsiz və bu, sizin xarakterinizi ələ verir.

Baxçalının "ağ corab yasağı” və "ağ corab hərəkatı”  ilə bağlı bilinməyənlər

Ağ corab söhbəti Türkiyə siyasətində də zaman-zaman ciddi müzakirə mövzusu olub. Dövlət Bağçalı 18 il öncə MHP-ni fiziki olaraq dizayn edə bilmək adına ‘Ülkücülər təsbehdən istifadə etməsin, uzun bığ saxlamasın və ağ corab geyinməsin" deyə bir qayda yayımladı. Halbuki o dönəmdə ABŞ-da Maykl Cekson belə ağ corab geyinirdi. Anadoluda isə ağ corab geyinmək sünnət və təmizliyin simvolu olaraq qəbul edilir. Cümə namazlarında ağ corab geyinmək geniş yayılıb.

Türkiyədə "Ağ Corab Hərəkatı” da tarixi hadisələrdən biridir. Bu hərəkat öz adını Baxçalının ağ corab qadağasından alıb. Onların dərdi forma yox, məzmundur. Bu qadağa ilə partiyalarından AKP-yə axın olduğunu düşünürdülər. Tələbləri partiya daxili demokratiyanı təmin edərək, Türk inkişafını təmin etməkdir.

Gördüyünüz kimi, "ağ corab” söhbəti hətta Türkiyə siyasətində də mühüm mərhələlərdən birini əks etdirir. Bəs R.Quliyevin Azərbaycan müxalifətinə ünvanladığı bu ittihamın arxasında nələr dayanır? Bu, ümumiyyətlə gerçəkdirmi?

Keçmiş daxili işlər naziri İsgəndər Həmidov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, R.Quliyev hər zaman repertuarındadır. Müsahibimiz xatırlatdı ki, AXC dövründə ən böyük postlardan biri Rəsul Quliyevə məxsus idi: "Yəqin ki, özü qara tufli, ağ corab geyinirdi. Ümumiyyətlə, hakimiyyətdə olanlar ziyalı, savadlı insanlar idi. Dosent, elmlər namizədi, tarixçi, filosof. Onlar da hər zaman geyimlərini və davranış qaydalarını gözəl bilirdilər. Mən heç vaxt rəsmi görüşlərdə ağ corab, qara tufli  geyinən görmədim”.

İ.Həmidov eyni zamanda vurğuladı ki, bacarıqsız, səriştəsiz R.Quliyevin özüdür. Onun sözlərinə görə, AXCP demokratiya uğrunda mübarizə aparırdı. Mübarizə aparmayanlar isə R.Quliyev kimi ölkəni tərk edib: "Biri deyir, Tofiq Qasımov rusca bilmirdi. Halbuki Tofiq Qasımov Leninraqdda rusca elmi iş müdafiə etmişdi. İsa Qəmbər tarixçi idi. Pənah Hüseyn və Əli Kərimli də həmçinin elm sahəsində mühüm uğurlar əldə etmişdilər. Onların hər biri səviyyəsi, səriştəsi ilə seçilən olub. İndi Rəsul Quliyevdir də, deyib. Çox ciddi yanaşmaq lazım deyil”.

İsgəndər Həmidov: “Ağ corabla qara tuflini Rəsul özü geyinirdi”

Keçmiş maliyyə naziri Saleh Məmmədovunsa bu replika ilə bağlı fərqli yanaşması var: "İnsan evolyusiyası aşağıdan ən yüksəyə, pik nöqtəsinə çatdıqdan sonra yenidən başlanğıc nöqtəsinə qədər düşməyi əhatə edir və bu həm fiziki və həm də əqli vəziyyəti əhatə edir. Görünür, yaş öz işini görür.

Azərbaycanın bütün tarixi boyu bir dənə demokratik seçki keçirilib, o da Əbülfəz Elçibəyin prezident seçilməsi üzrə seçkidir. Bunu hər hansı Azərbaycan vətəndaşı, partiya, qrup, hərəkatın adı ilə deyil, BMT-dən tutmuş demokratik ölkələrə qədər bütün beynəlxalq qurumların, demokratik dövlətlərin hesabatları deyir və təsdiq edir. Bunu inkar etmək bütün dünya düzənini inkar etmək deməkdir".

Keçmiş baş nazir Pənah Hüseyn isə ümumiyyətlə, R.Quliyevlə bağlı heç bir suala cavab verməyəcəyini dedi.

Xəbər 3592 dəfə oxunub






Oxşar xəbərlər

Ukrayna və İsrail azad iqtisadi zona yaradır
Ermənilərlə azərbaycanlılar barışa bilərmi? – Bakıda və Yerevanda sorğu (VİDEO)
"Atamın qollarını qanlı gördüm" - Röya
La Liqa: 20-ci turun görüşləri keçirilib
Deputat:"Nazirlər Kabineti ləğv edilməlidir"
“BAŞINIZ QARIŞIB SÜRÜCÜLƏRİ PUSMAĞA…” – ittiham
Somalidə 50-dən çox terrorçu məhv edilib
Bakıda güclü külək mərasim evini uçurub – VİDEO
“Vətəndaş bilməlidir ki, onu idarə edənlər nə qədər qazanırlar” - ŞƏRH
"20 Yanvar faciəmiz - milli birlik və vətənpərvərlik simvolumuzdur" - Gənc fəal
Şəhidlər xiyabanında baş vermiş insidentə münasibət - RƏSMİ
Moskvada soydaşlarımız təhqir olundu: "Vı, pustoy narod" - VİDEO
İlham və Fərizənin həyatlarının son anları
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı - saxlanılanlar var
Şəhidlər Xiyabanına axın - FOTOSESSİYA
Qalmaqallı xəbər: - "Suriyadakı partlayışı Necati Şaşmaz törədib"
"Bəzi qruplar ölkədə qarşıdurma yaratmağa cəhd edirlər" - Mübariz Qurbanlı
ABŞ eskadra mina gəmisini Qara dənizə göndərib
20 Yanvar şəhidlərimizin xatirəsi ehtiramla yad edilir
Prezident Şəhidlər Xiyabanını ziyarət etdi - FOTOLAR
20 Yanvar - Ümumxalq Hüzn Günü
20 YANVAR FACİƏSİ TARİXİMİZİN ŞƏRƏF VƏ QƏHRƏMANLIQ SƏHİFƏSİDİR
"Vaşinqton Post": "Tramp istefa verib, Krıma qaçdı"
20 Yanvar günü bu yollar bağlı olacaq
Türkiyə 54 minə yaxın suriyalıya vətəndaşlıq verib
Bakı səmasında qeyri-adi hadisə (FOTOLAR)
Baş bankirin ailəsi 2015 devalvasiyasından sonra necə varlanıb? - ARAŞDIRMA / RUSCA
Tehranın Qarabağ siyasəti dəyişdimi, yoxsa..
2319 məhkumun cəza müddəti azaldıldı
Fransada erməni mafiozlar həbs olundu
Abel Məhərrəmov toyda “Yallı” oynadı – VİDEO
Seksoloq: “60 yaşa kimi bakirəliyin qorunması qürur məsələsi deyil”
Bakıda güclü külək 40-a yaxın ağacı aşırıb
Müğənnilər toya nə qədər pul yazdırır?
Mehriban Əliyeva "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edildi
Azərbaycan XİN Rusiyaya cavab verdi
Məmurlardan lüks avtomobillər alınır?
Zimbabvenin Prezidenti Azərbaycanda səfərdədir
Meşədə qadının kəsilmiş bədəni tapıldı - VİDEO
Kikboks Federasiyasının vitse-prezidenti həbs edilib
"19 yanvar mitinqi cəmiyyətdəki aktivliyi öldürəcək" — İqbal Ağazadə ilə MÜSAHİBƏ - VİDEO
Baş melioratorla baş bankirin Avropada parıldayan qudalıq BİZNESLƏRİ - fotofaktlar
Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
Bakı yaşamaq üçün ən rahat şəhərlər sırasında niyə yoxdur?
Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır
Məktəbdə terror - 8 ölü, 10 yaralı
”Lotu Quli” Türkiyəyə qayıtdı?
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Nazir 5 polis rəisi təyin etdi, ikisini sərəncama götürdü
Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR
Bölgələrə güclü qar yağır
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?
Astanada 20 Yanvar şəhidləri anılıb
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
İran ordusunu Suriyadan çıxarmayacaq - SEPAH
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu
Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.12318] initstartout [0.00015] initstartin [0.00067] calstart [0.00785] calend [0.00050] topnewsend [0.00366] rsssend [0.00000] ehgend [0.00644] tagsstart [0.00053] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.10334]