ABŞ Gürcüstana xüsusi qrup göndərir

  • 09 yan 2018, 08:14

Yaxın günlərdə ABŞ-dan Gürcüstana xüsusi qrup gələcək.

Bu barədə informasiyanı "Kviris Palitra” qəzeti yayıb. Qəzet xüsusi qrupun ölkədəki təhlükəsizliyin vəziyyətini və onun gücləndirilməsi imkanlarını öyrənəcəyini bildirib.

Qəzetə açıqlama verən hərbi ekspert Mamuka Areşidze ölkənin əsas probleminin sərhəd məsələsi olduğunu söyləyib:

"Gürcüstanın sərhədinin müdafiə olunmaması əsas problemdir. Biz artıq 25 ildir müstəqil dövlətik, amma nə Rusiya, nə Azərbaycanla, nə də Ermənistanla sərhədlərimizin demarkasiyası və delimitizasiyası barədə razılıq əldə edə bilmişik. Gürcüstanda çoxlu təhsil müəssisəsi var ki, burada gürcü təhsil sistemi yayılmayıb. Heç kim bilmir ki, gənclər burada nə təhsili alırlar. Belə situasiya terrorçu qruplar üçün münbit şərait yaradır. Son dövrlər sosial şəbəkələrdən də təhdid yaranıb. Terrorçu ideologiyalar burada aktiv şəkildə yayılırlar. Gürcüstan xüsusi xidmət orqanları bunların hamısı ilə bacarmaq gücündə deyil. Xüsusi qrup təkcə Gürcüstan yox, bütün regionun təhlükəsizliyinin tədqiqatı üçün gələcəyini bildirib”.

Oxşar xəbərlər