Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

04:44 - 19.06.2018  
Duqinin 5 rayon təklifi - tələ, yoxsa...
Tarix: 30-12-2017, 10:29 | Bölmə: Xəbərlər » Siyasət

Kreml ideoloqunun Qarabağla bağlı mövqeyinə iki fərqli baxış

Duqinin 5 rayon təklifi - tələ, yoxsa...

 

Rusiyanın ideoloqlarından sayılan Aleksandr Duqin Dağlıq Qarabağla bağlı səsləndirdiyi ənənəvi fikirlərlə yenidən gündəmə gəlib. Başa çatmaq üzrə olan 2017-ci illə bağlı açıqlamalar verən Rusiyanın "danışan dili” əvvəlkilərdən heç də fərqlənməyən fikirlər dilə gətirib, "5 rayon söhbəti” edib.

Dağlıq Qarabağın ətrafındakı 5 rayonun qaytarılması ilə bağlı qərarın 2016-cı ildə hazırlandığını qeyd edən Duqin qərarın icrasını Ermənistan hakimiyyətinin ləngitdiyini bildirib. Həmçinin, Azərbaycanın aprel savaşı tipli bir əməliyyatı yenidən təkrarlamasının vacibliyi bildirilir. Belə olan təqdirdə nəinki 5 rayon, işğal edilən digər ərazilərimizin azad edilməsi üçün qarşımızda  imkanlar açılacağı deyilir.

Duqinin 5 rayon təklifi - tələ, yoxsa..."Yeni Müsavat”ın yazarı Kənan Rövşənoğlu Duqinin açıqlamalarına bu cür şərh verdi: "Duqinin gələn il 5 rayonun qaytarılması ilə bağlı açıqlamaları bir neçə tərəfdən bizim üçün maraqlıdır. Bu cür açıqlamalar azərbaycanlılarda müəyyən ümid yaratsa da, aydın məsələdir ki, Duqinin də etiraf etdiyi kimi, bu planın həyat keçməsi qarşısında ciddi maneələr var. Özü də təkcə Ermənistanda deyil, həm də Rusiyanın özündə. Amma son iki ildə biz Duqinin də timsalında gördük ki, Rusiyada Azərbaycana, eləcə də Qarabağ münaqişəsinə yanaşmada bizim də ”dostlarımız" var - həm dövlət aparatında, həm də ictimai-siyasi sektorda.

Duqin, Şevçenko kimi ictimai rəyə təsiri olan şəxslər Qarabağ münaqişəsinin ədalətli, yəni Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərtilə azad edilməsini müdafiə edirlər. Özü də bunu təkcə Azərbaycana görə etmirlər. Söhbət ondadır ki, avrasiyaçılar bu regionda anti-Amerika blokunun yaranmasını müdafiə edirlər. Bunun üçün də Rusiya, Türkiyə, İranın ittifaqı lazımdır. Təbii ki, bu "zəncir”in ortasında Azərbaycan da var. Bu səbəbdən də Duqinin tez-tez səsləndirdiyi fikirlər həm də onun beynində qurduğu projenin konturlarına daxildir. Bu prosesin nə qədər davam edəcəyi və Duqinin göstərdiyi xətt üzərində nə dərəcədə sabit olacağını indidən demək çətindir. Amma aydındır ki, antiqərb bloku bu tezisi müdafiə edəcək. Çünki Rusiyaya Avrasiyada möhkəm, güclü müttəfiqlər lazımdır. Bu isə onu Türkiyə və İrana yaxınlaşdırır".


Duqinin 5 rayon təklifi - tələ, yoxsa...

 

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli 5 rayon məsələsinin Rusiyanın əlində bir alver obyektinə çevrildiyini söylədi: "İlkin variantda 5 rayonun ermənilərin heç bir şərt irəli sürmədən geri qaytarılması məsələsi müzakirə edilərsə, bəlkə də buna razılaşmaq olar. Amma Qərb, Avropa Birliyi, Amerika işğal edilmiş ərazilər dedikdə 7 rayonu nəzərdə tuturlar. Doğrudan da sülhə doğru getmək istəyiriksə, 7 rayonun qaytarılması gündəmə gətirilməlidir. Amma 5 rayon deməklə Rusiya Azərbaycanla alver etmək istəyir. Bu alverin əsas mahiyyəti odur ki, Dağlıq Qarabağa keçici status verilsin. Bu keçisi status Dağlıq Qarabağı məsələsini yeni bir mərhələyə qaldırır. Bu mərhələ də gələcəkdə Dağlıq Qarabağın müstəqilliyi üçün tramplin rolunu oynaya bilər. Bu baxımdan düşünürəm ki, 5 rayon məsələsi də aldadıcıdır. Burada söhbət işğal edilmiş ərazilərimizdən və ərazi bütövlüyümüzdən getdiyi üçün Azərbaycanın bu məsələyə yanaşması tamam fərqlidir. Azərbaycan 7 rayonun geri qaytarılması məsələsini müzakirə edə bilər. Daha sonra isə Dağlıq Qarabağa Azərbaycanın tərkibində respublika statusu verə bilər. Bu məsələnin ən ədalətli həlli yoludur. Başqa cür variantların təklif edilməsi Dağlıq Qarabağı Azərbaycanın əlindən almağa xidmət edir. Ermənilər hətta naz edirlər ki, bir qarış torpaq da geri qaytarmayacağıq. Çünki onlar arxalarında rusları görüb, bu qədər özlərində əminlik hiss edirlər. Bütün dünya hazırda separatizmə qarşıdır. Çünki Avropada da artıq bu tipli narahatedici proseslər baş verir. Azərbaycanın aprel savaşı tipli bir əməliyyat həyata keçirməsi ilə bağlı deyilənlərə münasibət bildirmək çətindir. Çünki hərbi əməliyyatların başlaması məsələsi çox risklidir. Sözsüz ki, Azərbaycan ordusu hazırlıqlarını hər an davam etdirməlidir. Amma düşünürəm ki, torpaqlarımızı azad etmək üçün daha münasib zamanı gözləməyə məcburuq. Çünki Rusiyanın önə sürdüyü həll variantları var. Bütün bunlar məsələyə ehtiyatlı yanaşmağı tələb edir”.

Cavanşir ABBASLI,
"Yeni Müsavat"

Xəbər 421 dəfə oxunub






Oxşar xəbərlər

"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..
Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il üçün
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Paşinyanın "səngərə səfəri" müharibəyə çağırışdırmı?
Aqrar sektorumuz 9% böyüyüb
Əhalinin banklarda 7.8 milyarddan çox pulu var
8 il əvvəlin bu günü və milli qəhrəman Mübariz İbrahimov
Almaniya Meksikaya belə uduzdu (VİDEO)
Erməni qızları azərbaycanlı kişiləri istəyir - Özü də ağlayaraq + Video
Bərdədə narkoplantasiya aşkar edildi (FOTOLAR)
Nadirin Qafarzadənin general qızından oğlu var - ETİRAF
“BİR YOL VAR: MÜHARİBƏ!…” - İlyas İsmayılov iqtidarı tətiklədi
Ukrayna Rusiya mallarının idxalını 31 faiz artırıb
“GünayBank”ın sədr müavini 100 milyonu götürüb qaçdı
Fala inanma - Faldan qalma - 18 İyun
Şabran Xəstəxanasında yanğın olub
Neftimizin qiyməti...
Almaniya siyasi krizisə girdi - Merkel gedəcəkmi?
Bəxtiyar Hacıyev niyə dövlətdə çalışıb bir işin ucundan yapışmır? - ÖZÜ CAVAB VERİR
“Ərim dedi ki, ya iti seç, ya da məni...”- BİABIRÇILIQ
Mənsimov onu təhqir edənlərə səsləndi: "Ey ucuz insanlar"…
Moskvadan Bakıya uçmalı olan aviareys təxirə salınıb
Şamaxıda ağır qəza - 2 ölü, 3 yaralı/ YENİLƏNİB
Ağcabədinin icra başçısı saxta nömrəylə maşın sürür - FOTO
Çempionların günü: bu gün Almaniya və Braziliya başlayır
Göygöldə və Masallıda taxıl sahələri yanıb
Azərbaycanlı Rusiya bazarında hamını atəşə tutdu
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğan
“İcra başçısına “çest” verir, millət vəkilinə hörmətsizlik edir” - Tahir Kərimli yol polislərindən danışdı
Paşinyan Azərbaycanda - Qarabağda səngər təftişi
İmişlinin polis rəisi öz xahişilə işdən çıxarıldı
Ermənilər atəşkəsi 83 dəfə pozub
Türkiyə vətəndaşları səs verməyə başlayıb - Azərbaycanda
ULDUZ FALINIZ - 17 iyun
Abşeronda “Tavriya” qadını vurub öldürdü
Erməni ordusunda şok: Polkovnik həbs olundu
“Forbes” Rusiya baş nazir müavininin azərbaycanlı xanımından yazdı - foto
Bir gecə üçün milyona aldanan məktəbli qız
Kristiano Ronaldo tarixə düşdü
Azərbaycandan Türkiyəyə gedən yol iki dəfə qısalır
Dünyanın ən təhlükəli 5 gəmisi: 3-ü Rusiyanındır…
Elman Rüstəmov 3 il sonra etiraf etdi
RAMAZAN AYI haqqında bilmədiklərimiz
Paşinyan İlham Əliyevlə tanış oldu
Telefonda söyüş söyən, şantaj, təhqir edənlər...
Allahşükür Paşazadə Təzəpir məscidində namaza qatılıb - FOTOLAR
Həbs olunan Marneuli İH başçısı danışıb
Şeyximiz məzhəb mehribanlığından danışıb
Azərbaycanda Ramazan bayramı qeyd olunur
Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür
Bakının yeni silahları Paşinyanı QORXUYA SALDI
Generallardan Ərziman Əliyevə ağır sözlər- CİNAYƏT MƏSULİYYƏTİ VAR
Millət vəkili: DÇ-də “Real”a azarkeşlik edəcəm
"Hürriyet" Dəniz Baykalın son fotosunu yaydı
Ərəstun Oruclu Hərbi prokuror Xanlar Vəliyevi XƏYANƏTdə suçladı - Təfərrüat
“Etibar bəy və Surət Hüseynov qiyamda ortaq idilər“– İttihamlar
“Ermənistan prezidentinin Qarabağa səfəri qanunsuzdur” - Əli Əhmədov
Nazirdən Ordumuzun şəxsi heyətinə TƏBRİK
Əliyevlə Ərdoğan “İttifaq dövləti” qura bilərlər - Sensasiya
Bayram günlərinə olan hava proqnozu
Kənd təsərrüfatı nazirinə hollandiyalı məsləhətçi gəldi
Yəməndə həlledici döyüş başladı

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15781] initstartout [0.00017] initstartin [0.00093] calstart [0.01094] calend [0.00064] topnewsend [0.00507] rsssend [0.00000] ehgend [0.01948] tagsstart [0.00071] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11982]