Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

04:29 - 25.06.2018  
11 sentyabr - prezident İlham Əliyevdən üç mühüm qərar
Tarix: 12-09-2017, 20:26 | Bölmə: Xəbərlər » Siyasət

Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, Qarabağa qanunsuz səfər etmiş Aleksandr Lapşinin əfvi və Nardaran məhbuslarının 14 nəfərinin cəzalarının çəkilməmiş hissəsindən azad edilməsi prezident İlham Əliyevin ölkədə barışa və vətəndaş cəmiyyətinə yönəlik mesajı kimi qiymətləndirilir; bu, həm də anti-Azərbaycan qüvvələrinə verilmiş tutarlı cavabdır...

11 sentyabr - prezident İlham Əliyevdən üç mühüm qərarAzərbaycan prezidenti İlham Əliyev 11 sentyabrda verdiyi üç mühüm qərarla son günlər xeyli gərginləşmiş kimi görünən ölkə gündəmini dəyişdi. Prezidentin həm "Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev barəsində olan həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün müraciətə müsbət cavabı, Qarabağa qanunsuz səfərə görə məhkum edilmiş Aleksandr Lapşinin əfv ilə bağlı sərəncamı və eyni gündə məhkəmədə Nardaran məhbuslarının 14 nəfərinin cəzalarının çəkilməmiş hissəsindən azad edilməsi əlbəttə ki, təsadüfi deyil.

Əvvəla, bu addımları hər şeydən öncə prezident İlham Əliyevin ölkədə barışa və vətəndaş cəmiyyətinə yönəlik mesajı kimi qiymətləndirmək lazımdır. 

Prezident İlham Əliyev mediaya münasibətdə çox həssasdır. Onun jurnalist Rasim Əliyevin döyülərək ölməsindən sonra sərt mövqe ortaya qoymasını və günahkarların cəzalandırılmasını yada salmaq kifayətdir. Müalicəyə ehtiyacı olan neçə-neçə jurnalistin müalicəsinə dövlət başçısı səviyyəsində dərhal reaksiya verilməsini də yaddan çıxarmaq olmaz. Prezidentin mediada tanınmış simalardan olan M.Əliyevin həbsinə reaksiya verəcəyi də əslində gözlənilən idi. Hamıda belə bir ümid vardı ki, M.Əliyevin vergi borcuna görə həbsinə son sözü prezident deməlidir...


Tanınmış media kapitanı Mehman Əliyevin həbsindən sonra cəmiyyətdə və media ictimaiyyətində həm də belə bir rəy vardı ki, yaranmış vəziyyət Azərbaycanın beynəlxalq nüfuzunu zədələyir və prezidentin məsələyə müdaxiləsi çox ləngiyə bilməz. Hadisələrin gedişatı göstərdi ki, doğrudan da bəzi beynəlxalq dairələr bu həbsdən həm də fürsət gözləyirmiş kimi Azərbaycana qarşı təzyiq kimi istifadə etməyə başladılar. Etiraf edilməlidir ki, Mehman Əliyevin həbsi Azərbaycanı istəməyən qüvvələrə də bəhanə vermişdi və artıq çox çirkinləşmiş kampaniyada media kapitanının həbsi arxa plana keçmişdi. 

Həm ziyalıların, həm M.Əliyevin müraciətini nəzərə alaraq həbs-qətimkan tədbirinin dəyişdirilməsi bu baxımdan həm də anti-Azərbaycan qüvvələrə verilmiş cavabdır. Bu qərar mümkündür ki, həmin "şər maşınlarını” dayandırmasın, amma onların əlində "jurnalisti tutdular” kimi ciddi bəhanə artıq yoxdur. 

Prezident bu humanist davranışı ilə medianın məhz onun qoruması və qarantiyası altında olduğuna da aydın mesaj verdi. Zənnimizcə, bu, hərdən "qaşınmayan yerdən qan çıxarmağa” həvəsli olan, jurnalistlərə "yadplanetli adam” kimi baxan bəzi məmurlara da tutarlı cavab oldu.
Nardaran hadisələri zamanı həbs edilən 14 nəfərin də azadlığa buraxılmasının arxasında şübhə yoxdur ki, prezident İlham Əliyevin iradəsi dayanır. 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı 2 polis əməkdaşı, 4 kənd sakini həlak olmuşdu, bir neçə nəfər isə ağır yaralanmışdı. Nardaran kəndi də məhz prezidentin iradəsi ilə radikal dindar qüvvələrin əsarətindən azad edildi, kənd yeni həyatına qovuşdu. Əməliyyat nəticəsində yüzdən çox adam saxlanılsa da, onların bir hissəsi azadlığa buraxıldı. Amma bəziləri barəsində məhkəmə hökmü çıxarıldı ki, onlardan daha 14 nəfəri sentyabrın 11-də azadlığa qovuşdu.


11 sentyabr dünyada radikal dindarların Amerikada törətdiyi dəhşətli terrorla assosiasiya olunur. Radikal dindarların qurbanı olmuş əksər Nardaran məhbuslarının 11 sentyabrda azadlığa buraxılması tarix baxımından sırf təsadüf də ola bilər. Həbsdəki gənclərin bir vaxtlar radikal dindarların əsl cəhənnəmə çevirdiyi, indi isə büsbütün yenilənmiş qəsəbəyə qayıdışı onlara verilmiş şansdır. Azərbaycan prezidentinin iradəsinə əsaslanmış bu məhkəmə qərarı da cəmiyyətə bir həmrəylik jesti kimi qiymətləndirilməlidir. Nardaran məhbuslarının azadlığa buraxılması üçün dünyadan çağırışlar da yox idi. Onların azadlığa buraxılması dövlətin vətəndaşına verdiyi şansdır ki, bu qərarın altında prezidentin imzası olmasa da, kimin hökmü olduğuna şübhə yoxdur.

11 sentyabr - prezident İlham Əliyevdən üç mühüm qərar

Aleksandr Lapşini isə prezident imzaladığı əfv sərəncamı ilə azad etdi. Üç ölkənin vətəndaşı olan Lapşinin həbsi və cəzalandırılması üçün prezident İlham Əliyevin cəsarətli və prinsipial addımları təkcə Azərbaycanda deyil, digər ölkələrdə də rəğbət doğurmuşdu. 

Hamı üçün aydın idi ki, Azərbaycan qanunlarını heçə sayaraq Qarabağa səfər etmiş bloggerin həbsi xüsusilə vətəndaşı olduğu iki ölkədə-İsraildə və Rusiyada ciddi rezonans doğuracaq. Belə də oldu... Amma prezident ona nail oldu ki, Lapşin qolları bağlı Azərbaycana ekstradisiya edildi. Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu Lapşin buradakı məhkəməsində etiraf etdi. Lapşinin cəzalandırılması barədə hökmdən Qarabağ torpaqlarından ermənilərin xeyrinə güzəşt istəyən beynəlxalq güclər də öz payını aldı. Lapşinin əfv edilərək İsrailə ekstradisiyası Azərbaycanın həm də beynəlxalq humanizm prinsiplərinə, qəbul etdiyi konvensiyalara sadiqliyini nümayiş etdirmiş oldu. 

"Yeni Müsavat”

Xəbər 986 dəfə oxunub






Oxşar xəbərlər

Göygölün icra başçısı oğluna toy edir - Bakıda
Putin və Tramp iyulun 15-də Vyanada görüşəcək
Oğlu həbs olunan səfirimizin QALMAQALLARI: - Rus qızlara “padxod”, təcüvüz
İskəndər Həmidovun mərhum qardaşı: "Mənə dəli deyənlər özləri səydir!" - VİDEO
Elçibəy... - 80
Türkiyədə 11 PKK üzvü saxlanılıb - seçki təxribatı
Bu fotolar Rusiyada rezonans doğurub
BİABIRÇILIQ! - Xırdalanda Əfqan Şəhidliyi dağıdılıb (VİDEO)
Nazir Yavər Camalov vəfat etdi
Qüdsi Osmanov oğlunun həbsini təsdiqlədi
QHT Şurasının 10 illik yubileyi münasibətilə tədbir keçirildi
Ağdam Musiqi Kollecinin direktoru yol qəzasına düşüb
Nazir: “Təhsilə qoyulan investisiya ən yaxşı investisiyadır"
Əli Həsənov: "Azərbaycanda azad media formalaşıb"
Ərdoğan nazirliklərin sayını AZALDACAQ - özü AÇIQLADI
“Günay Bank”ın keçmiş sədr müavininin saxlanmasının bəzi TƏFƏRRÜATLARI
Məmurların maaşını artırmaq TƏKLİF OLUNDU
“Dövlət büdcəsindən insan inkişafına az vəsait ayrılır”
Rza Zərrab qoltuq ağacı ilə Nyu-York küçələrində... - FOTOLAR
Müdafiə xərcləri 2,9 milyard manata qaldırılır
Sirkdə fil və dəniz şirlərinin çıxışı qadağan edildi
Mağazadan oğurluğu - şübhəli şəxs saxlanılıb
“Oğlum yaxşı kişi olsaydı, arvadı qaçmazdı”–Əli Mirəliyev –VİDEO
77 il öncə... – Stalinin inanmaq istəmədiyi həqiqət
Tramp milli təhlükəsizlik üzrə müşavirini Moskvaya göndərir
AŞ PA-nın yay sessiyası öncəsi Bakıya təzyiq - Bəyanat
Oliqarxların süni balıq gölləri ləğv edilir - ZƏRURƏT
Sarkisyanın adamlarına qarşı əməliyyat keçirildi
Türkiyənin baş naziri: “Qonşumuz ABŞ deyil, Rusiyadır”
Sərhəddə atışma: Elçin Quliyev hadisə yerinə getdi
Kəmaləddin Heydərovun qəbulunun vaxtı dəyişdi
Şok: Erməni generalın evində dəhşət - Video/18+
“Məni Elmarla dəyişik salırlar, Azərbaycan haqda sual verirlər...”
Təhsil Nazirliyinə yeni Aparat rəhbəri təyin edilib
DİN ətrafı zibilləyən 206 şəxsi cərimələyib
Kameraya danışdı və intihar etdi - 16 yaşlı qızdan ölümöncəki – VİDEO
Ramil Usubov İsraildə səfərdə olub
Jurnalisti təhqir edən generalın qardaşı üzr istədi
Ərdoğan: Türkiyə 4 milyona yaxın qaçqın qəbul edib
Şengen vizası bahalaşır
Zakir Həsənov: “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”
DÇ-2018: Ən yaşlı oyunçu Misir xalqından üzr istəyib
Cəlladın oğru çıxması: Manvel Qriqoryan kimdir?
Püşk atıldı: “Qarabağ”ın rəqibi bəlli oldu
Müdafiə naziri hərbi hissənin açılışında – FOTOLAR
“Azərbaycan açıq və fəal əməkdaşlıq edir” - Ali komissar
Temperatur yüksəlir - HAVA PROQNOZU
Rusiya Dövlət Dumasının sədri Bakıya gəlir
İmişlidə kütləvi zəhərlənmə - İcra başçısı danışdı
Naxçıvanda Müəllimlər İnstitunun rektoru vəfat edib
Online oyunlardan asılılıq xəstəlik kimi tanındı
«Kürd birləşmələri Mənbici tərk edirlər» – Ərdoğan
Obama siyasətə qayıda bilər
GÜNÜN QOROSKOPU - 19 İYUN
Türkiyə ordusu PKK-nın 9 terrorçusunu zərərsizləşdirib
Youtube-un fəaliyyəti bərpa edilib
"Ərdoğan gecə yarısına qədər..." - “Der Şpigel yazdı
Abşeronda isti, rayonlarda leysan... SABAHA
"Lotu Quli"nin adamları saxlanıldı - Gürcüstanda
ABŞ Bəşər Əsədi vurdu: Onlarla ölü var – Təsdiq
Tverdə saxta araq satan azərbaycanlı tutuldu
Samir Şərifovun oğlu Türkiyədən bahalı it alıb
Ermənistan bir neçə Su-30SM qırıcısı alır?
Hüquqşünas bacısı qızını xilas etdi - özü boğulub öldü
Trampa görə ABŞ da İngiltərəyəmi məxsusdur?..
Türkiyə 40 milyon turist qəbul etməyi planlaşdırır - 2018-ci il üçün
Cəbhə xəttində gərginlik - erməni postu məhv edilib…
Paşinyanın "səngərə səfəri" müharibəyə çağırışdırmı?
Aqrar sektorumuz 9% böyüyüb
Əhalinin banklarda 7.8 milyarddan çox pulu var

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    İyun 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.15952] initstartout [0.00015] initstartin [0.00086] calstart [0.00999] calend [0.00054] topnewsend [0.00388] rsssend [0.00000] ehgend [0.02500] tagsstart [0.00074] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.11833]