Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

19:46 - 10.12.2018  
“ATƏTçilər” Qarabağ məsələsində yenə sayıqladı
Tarix: 23-06-2017, 09:16 | Bölmə: Xəbərlər » Siyasət

ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ ətrafındakı rayonları əvvəlki kimi, "işğal olunmuş ərazilər” deyil, sadəcə, "ərazilər” adlandırdı; Elxan Mehtiyev: "Onlar zaman keçdikcə bu əraziləri də mübahisəli ərazilər statusuna salmaq istiqamətində işləyirlər”

“ATƏTçilər” Qarabağ məsələsində yenə sayıqladıATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana səfərindən hansısa müsbət nəticə gözləməyən ekspertlər tamamilə haqlı çıxdılar. Diplomatlar Bakıda daha korrekt davranmağa çalışsalar da, sonradan verdikləri bəyanatda yenə də işğalçıya kart-blanş vermiş oldular.

Həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin (Polşa) regiona səfərlərinin yekunlarına dair yaydıqları bəyanat təbii ki, Bakını razı sala bilməz. Xüsusilə diplomatların iyunun 12-də Dağlıq Qarabağa İrəvan yolu ilə (!) səfər etmələrinə ayrıca yer vermələri, üstəlik, separatçı rejimi "de-fakto hakimiyyətin nümayəndələri” kimi təqdim etmələri Minsk Qrupunun mərhələli qaydada Azərbaycanı təslimçi sazişə hazırlamaq istəyini nümayiş etdirir. Üstəlik, qeyd olunub ki, vasitəçilər Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları da daxil olmaqla, Dağlıq Qarabağın ətraf rayonlarına səfər ediblər. Həmsədrlər bu səfərlə təkcə turist diplomatlar olduqlarını nümayiş etdirməyiblər. Bununla onlar həm də Bakıya dolayı yolla təzyiq göstərirlər. Azərbaycan ordusu ilə üzbəüz mövqelərə qədər gələn baş separatçı Bako Saakyanın təlimatı ilə mövqelərimizə qədər gəlməyə cürət edən Minsk Qrupunun üçlüyü nədənsə Xankəndinə Azərbaycan tərəfdən keçib getməyi hər zaman "təhlükəli” sayır. Göründüyü kimi, ortada ermənilərin menyusu əsasında hazırlanmış məkrli plan var və həmsədrlər də o planın içərisində yer alıblar. Bakıda aparılan danışıqlar zamanı bu yaxınlarda, Azərbaycana səfərləri ərəfəsində, təmas xəttində itkilərə səbəb olmuş atəşkəs pozuntusundan "dərin narahatlıqlarını bildirən” həmsədrlər yenə də ortada bərabərlik işarəsi qoymaqla təcavüzə haqq qazandırmış oldular. Hər iki paytaxtda həmsədrlər tərəfləri danışıqlarda yenidən mahiyyəti üzrə, siyasi iradə göstərərək vicdanla iştirak etməyə çağıran diplomatlar Ermənistan hakimiyyətinin nə iradəsinin, nə də vicdanlı davranışının olmadığını yenə də "unudub”. Necə ki, BMT TŞ-nin qətnamələri həmsədrlərin yaddaşından əbədi "silinib” və heç zaman o sənədlərə istinad olunmur.


Elə həmsədrlərin davranışlarının nəticəsidir ki, Ermənistan ordusu iyunun 20-də dövlət sərhədi boyunca kəşfiyyat-təxribat qrupunu hərəkətə gətirdi. Silahlı bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib və təxribat qrupunun bir üzvü ələ keçirilib. Artıq təxribatçı qrupun üzvü, Noyemberyan rayonunun Dovex kəndinin sakini. Zaver Hovanis Karapetyan "pul müqabilində ödənişli döyüş növbətçiliyinə cəlb olunduğunu” etiraf edib. Bu, bir daha Ermənistan hakimiyyətinin "Azərbaycana qarşı döyüşən Qarabağ ordusudur” kimi qeyri-ciddi mövqeyinin ifşasıdır. Erməni kəşfiyyatçı etiraf edib ki, məqsədləri Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə basqın edərək orada olan əsgərləri öldürmək olub. 
Bütün bunlar isə həmsədrlərin danışıqları bərpa ilə bağlı cəhdlərinə növbəti ermənisayağı "cavab”dır. Amma təəccüblüsü budur ki, Qarabağdakı erməni hərbi texnikasının məhvinə görə canfəşanlığa düşən və dərhal bəyanat yayan diplomatlar təxribatçı qrupun Azərbaycan sərhədini növbəti dəfə pozmasını görməzdən gəldi.


Şübhə yoxdur ki, vaxtaşırı gərginliyin artması Serj Sərkisyan hakimiyyətinin maraqlarına uyğundur. Bununla erməni tərəf təkcə gərginliyi Qarabağdakı qoşunların təmas xəttindən iki dövlət sərhədinə keçirmək niyyətində deyil, həm də Ermənistan daxilində artan etirazları Azərbaycanla qorxutmaq istəyirlər. Amma son günlər Qarabağda ağır itkilər verən işğalçıya qarşı daxili auditoriyanın da etirazları artır. Ermənistanda ötən ilin iyul ayında polis polkunun binasını ələ keçirmiş "Sasna Tsrer” silahlı qruplaşmasının işi üzrə məhkəmədə xalqı silahlı üsyana və prezident Serj Sərkisyanı fiziki məhv etməyə çağırış edilməsi də çox ciddi hadisədir. Xatırladaq ki, "Sasna Tsrer” qruplaşması Qarabağda cinayətlər törədən şəxslərdən ibarətdir. Amma artıq onlar da Sərkisyanın cinayətlərinə dözmək istəmirlər. Hakimiyyətinin ömrünü uzatmaqla prezidentlikdən baş nazir kürsüsünə keçid etmək istəyən S.Sərkisyanı isə danışıqlar masasına oturmaq, hansısa həll formulu ilə razılaşmaq təklifləri o qədər də maraqlandırmır. İrəvan hətta Azərbaycan ordusu tərəfindən ələ keçirilən təxribatçıya da sahib çıxmır.


*****


Politoloq Elxan Şahinoğlu bundan əvvəl də erməni hərbçilərin Azərbaycan tərəfə keçdiyi, yaxud ələ keçirildiyi barədə faktları xatırladaraq hesab edir ki, Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə İrəvana mesaj göndərmək mümkündür: "Demək lazımdır ki, onları Dağlıq Qarabağda girov saxlanılan iki vətəndaşımızla dəyişmək istəyirik. Yox, əgər dəyişmək istəməsələr, bunu ictimailəşdirmək və Ermənistan cəmiyyətində müzakirəyə, bəlkə də ixtilafa səbəb olacaq mövzuya çevirmək lazımdır, yəni Ermənistan hakimiyyəti vətəndaşlarına sahib çıxmaq istəmir”.


Bu arada, Rusiyanın tanınmış siyasətçisi, millətçi fikirləri ilə tanınan Vladimir Jirinovski Rusiyanın televiziya kanallarının birində çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxundu. Jurnalistin "güclənən Azərbaycan Qarabağı geri qaytarmaq üçün müharibəyə başlasa, Rusiya nə edəcək, kimin tərifini tutacaq” sualına cavabında Jirinovskinin "bu halda Dağlıq Qarabağda Rusiya bayrağı sancılmalı və Rusiya qoşunları bölgədə yerləşdirilməlidir ki, Azərbaycan və Ermənistan heç nə edə bilməsinlər” deməsi çox ciddi məsələdir. Adətən Jirinovski hakimiyyətin dili funksiyasını icra edir.


E.Şahinoğlu da hesab edir ki, Jirinovski Kreml rəsmilərinin düşüncələrini dilə gətirir: "10 il bundan əvvəl heç kim Rusiyanın Krımı işğal edəcəyini proqnozlaşdıra bilməzdi. Ancaq o illərdə məhz Jirinovski bunun baş verəcəyini bildirirdi. Demək, Jirinovskinin sözlərini ciddi qəbul etmək lazımdır. Rusiya ordusunun Dağlıq Qarabağda yerləşdirilməsi Ermənistana sərf edir. Azərbaycana isə sərf etmir. Dağlıq Qarabağ vaxtilə orada məhz SSRİ, sonra isə Rusiya qoşunlarının dəstəyi ilə işğal edildi. Dağlıq Qarabağdakı erməni separatçılarına silahları və hərbi texnikanı məhz oradakı Rusiya hərbi birləşmələri verdilər. 1992-ci ildə Xocalı qətliamının həyata keçirilməsində və planlanmasında da Rusiya birlikləri iştirak etdi. Ona görə də Jirinovskinin dediyi kimi, Rusiya ordusunun yenidən Dağlıq Qarabağa qayıdışı işğalın rəsmiləşdirilməsi demək olacaq. Buna görə də rəsmi Bakı uzun illərdir Rusiya hərbiçilərinin ”sülhməramlı qüvvələr" adı altında Dağlıq Qarabağda yerləşdirilməsi təklifinə razılaşmır".


Politoloq Arzu Nağıyev "Yeni Müsavat”a dedi ki, ATƏT-in Minsk Qrupunun regiona səfərləri vaxtı erməni tərəfi məqsədyönlü şəkildə atəşkəsi pozmaqla Azərbaycan tərəfinin də cavab atəşi açmasına nail oldu: "Yəni birmənalı şəkildə ATƏT-ə göstərməyə çalışırdılar ki, atəşkəs məhz Azərbaycan tərəfindən pozulur və sülh danışıqlarının baş tutmamasının səbəbkarı da Azərbaycandır. Bunu etmək üçün təbii ki, kəşfiyyat qruplarından da istifadə edilirdi. Bunun nəticəsi artıq məlumdur: erməni tərəfinin çoxsaylı itkisi, təəssüf ki, bizim də əsgərimiz şəhid oldu. Bundan başqa, Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimləri də ermənilər tərəfindən narahatçılıqla qarşılandı və səbəb də Dağlıq Qarabağda hərbi əməliyyatlar başlasa, Naxçıvan tərəfdən ikinci cəbhənin açılması qorxusu idi. Təbii ki, Azərbaycan bunu planlaşdırmır, ermənilər isə bu məsələləri qabartmaqla KTMT üzvü olmaqlarını bir daha yada salmağa çalışırlar”.


A.Nağıyev digər mühüm bir məqama toxundu: "Azərbaycan prezidenti İlham Əliyevin Cocuq Mərcanlıya səfəri və qayıdışın başlanması anonsunun verilməsi də erməni ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Bütün bunlar erməni cəmiyyətində hakimiyyətə qarşı narazılıqların artmasına gətirir. Məhz əsgərlərin ölümü, Azərbaycan ordusunuin günbəgün güclənməsi, qayıdış məsələləri cəmiyyətdə yaranan narazılıqlara təsir etdi və bunun qarçşısının alınması ancaq hərbi əməliyyatların yeniləşdirilməsi zərurəti yaradır. Ermənilər bu addımları atırlar, lakin hərbi gücləri imkan vermir ki, hər hansı bir əməliyyatı sona çatdıra bilsinlər. Artıq ermənilər insan, daha doğrusu, hərbçi itkisini izah edə bilmirlər, ərazi itkisi isə Dağlıq Qarabağdan kənarda yaşayan ermənilər üçün o qədər də əhəmiyyət kəsb etmir. Bütün bunlar da Sərkisyan rejiminin ancaq müharibə immitasiyası ilə nəticələnə bilər”.


Ancaq ekspert böyük müharibə ehtimalını inandırıcı saymadı: "Buna ilk növbədə Rusiya razı ola bilməz, çünki Ukrayna məsələrinə, daxili problemlər, qızışdırılmaqda olan Orta Asiya, sonu görünməyən Suriya və ya ərəb problemlərinə Cənubi Qafqazı da əlavə etmək çox təhlükəli bir oyundur. Deməli, çıxış yolu nəyin bahasına olursa-olsun Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistana təzyiq etməkdir”.
Konfliktoloq Elxan Mehtiyev isə "Yeni Müsavat”a həmsədrlərin fitnəkar bəyanatlarının davam etdiyini söylədi: "Həmsədrlərin alçaq niyyətləri davam edir. Bakı səfərinin ardınca verdikləri bəyanatda onlar işğal edilmiş Kəlbəcər, Laçın, Qubadlı və Zəngilana etdikləri səfərləri ”Dağlıq Qarabağ ərtrafındakı bır sıra ərazilər, o cümlədən Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarına" (a number of territories around Nagorno Karabakh, including the Zangelan, Kubatly, Lachin, and Kelbajar districts) səfər etdiklərini bildirir. Onların işlətdikləri "bir sıra ərazilər” ifadəsi yeni termindir. Həmin rayonlar əvvəllər diplomatlar tərəfindən "işğal olunmuş ərazilər” adlansa da, gördüyünüz kimi, bu bəyanatda sadəcə, "ərazilər” adlandırılıb. Bu, ermənilərin istifadə etdiyi termindir və ilk dəfə həmsədrlər də bu dildən istifadə edir. Belə çıxır ki, onlar zaman keçdikcə bu əraziləri də mübahisəli ərazilər statusuna salmaq istiqamətində işləyirlər".


E.Mehdiyev hesab edir ki, artıq Azərbaycan zamanı ciddi şəkildə dəyərləndirməlidir: "Necə ki, Fələstin qaçqınlarına indi geri dönuş yoxdur deyən zehniyyət, indi də burada tətbiq olunmağa başlayır. Bəyanat layihəsinin dili daha çox Rusiyanın üslubuna bənzəyir. Çünki ”Dağlıq Qarabağ və ətrafındakı rayonlar" termini daha çox sovet vaxtının ifadələri ilə üst-üstə düşür. Yəqin ki, Rusiyalı həmsədr bəyanat layihəsinin aparıcı elementi olub". Konfliktoloq hesab edir ki, Azərbaycan XİN dərhal bu bəyanata reaksiya verməli və izahat tələb etməlidir. 
Hələ ki rəsmi Bakı həmsədrlərin son bəyanatına münasibət bildirməyib.


Cavid TURAN

Xəbər 1522 dəfə oxunub






Oxşar xəbərlər

"Onlar şərəfsizdirlər” - Ərdoğandan - VİDEO
PLAGİAT QALMAQALI: “Axı bu, oğurluqdur, fakt göz qabağındadır”
Qubada tələbə itkin düşüb
Göygöl SSİ-nin rəisinə cinayət işi açıla bilər
Avtomobillərdən oğurluq edənlər yaxalanıblar
Ramil Usubov polkovnik-leytenantı rəis təyin etdi
Ermənisayaq "demokratiya" şəraitində biabırçı seçkilər
Çanaqqalada ağır yol-nəqliyyat hadisəsi baş verib
“Həsir şlyapa" ləqəbli narkobaron xəstəxanadan qaçıb
Acunun Serenaya baxışları müzakirələrə səbəb oldu – Foto, Video
"Demokratik.Az" saytı Mətbuat Şurasını məhkəməyə verdi
“Sarı jiletlilər” dünyanı dəyişir - Rəqəmsal demokratiya?
Xoşbəxt Yusifzadədən iki əfsanəvi azərbaycanlı haqda ilginc açıqlamalar
Hüseyn Bağırov vəzifəsindən getmə səbəbini açıqladı
Ərdoğan Paris olayları haqda: "Bizim polisi qəddarlıqda suçlayanlar..."
“Koçak Gold” işində sensasion səsyazı var
Biabırçılıq - Bakıda iki oğlan restoranda öpüşdü - VİDEO
Bu döyüş dünyanı şoka salacaq - FOTOLAR
BƏD XƏBƏR: Yeni qiymət artımları gəlir - SİYAHI
Cəlilabadda yol qəzası baş verib, yaralılar var
Azərbaycanda yeni duz yataqları açılacaq
Samir Şərifovdan açıqlama - VİDEOMÜSAHİBƏ
"HOZU" ləqəbli baş redaktor Vahid Əhmədova NİYƏ daş atdı?
Əhəd Abıyev qəzaya düşdü: “Yalandı, onu yazan p… yeyir”
Qubada ərinin əmisi oğlu ilə qaçan qadın danışdı - Video
Ceyhun Bayramovun direktorsuz məktəbi: Sorağı məhkəmədən gəlir
"Əmr olarsa, Naxçıvan ordusu İrəvanı şumlayar" – Qüdrət Həsənquliyev
Sabiq erməni prezidenti həbs olunacaq:– QƏRAR
Qurban Qurbanov istefa verdi - SON DƏQİQƏ
POLİS GƏNC QADINI ÖLÜMDƏN XİLAS ETDİ
Əvəz Zeynallı: “Qarabağ Komitəsi 15 dekabr mitinqinə ciddi hazırlaşır”
BNA əməkdaşına hücum edən şəxs müraciət yazdı
Putindən Avropaya jest: “Türk axını”…
"İlham Əliyev Nikol Paşinyanla söhbətləşdi - MÜSAHİBƏ
Bürclər – 8 dekabr
Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir
Kreml çeçen və inquşları barışdırır
Fransada yaşayan azərbaycanlılara xəbərdarlıq – “Sabah evdən çıxmayın”
Abşeronda evə silahlı basqın edildi
NAZİRLİK DEPUTATI TƏXRİBATDA İTTİHAM ETDİ – “Nə varsa onu açıqlayıb deyirəm…”
Səddam Hüseyni sevdirən səbəblər...
"Azərbaycan büdcəsindən barıt qoxusu gəlmir" - Fərəc Quliyev
Baş nazir qəbirlərlə bağlı standartı təsdiqlədi
RƏSMİ: Belə hallarda DTX-ya müraciət edin
“Broker Əbülfəz”-ə DGK-da vəzifə verilməyib" /Açıqlama
Orduxan Teymurxan haqqında cinayət işi açıldı
Oqtay Əsədov Volodinə məktub yazıb
Ziya Məmmədovun xalaoğulları Ucarı niyə viran qoyub?
Azərbaycanın FIFA referisi karyerasını başa vurur
Gülnarəyə görə 14 milyard dollar!
Gəncə “İmamzadə”si qeydiyyata alındı, maşınla təmin olundu
Əsirlərdən biri azad edilə bilər - Bəs Dilqəm və Şahbaz?
Lift idarəsinin müdiri dediyini dandı: "Qiymət artırılmayacaq"
İran mediası Azərbaycanı nədən tənqid edir?
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana gəlir
Putin və Medvedevin maskası ilə 2 türk soyuldu
Həbib karyerasını bitirməsindən danışdı
Zaur Kamala yüksək vəzifə verildi
Qazaxıstan prezidenti öz qızına mükafat verdi
“Bu şəhərdə”dən sərt cavab: Coşquna nə olub? – Video
Paşinyandan KTMT-yə qəribə müraciət: Bakını dayandırın!
Təzadlı Hacıyevlər - biri Londonda itlə gəzir, digəri “it günün”dəki məhbəsdə
26 yaşlı gənc özünü asıb - Sumqayıtda
Eldar Namazov: “Aprel döyüşlərindən sonra dünyada rəy dəyişib”
Lukaşenki Putinlə mübahisə etdi, axırda üzr istədi - Video
Bu xanıma vəzifə verildi (FOTO)
ABŞ-ın neft nəhəngləri Azərbaycanı niyə tərk edir?
Keçmiş “KQB” agenti: “Naxçıvanda idim, yeganə çıxış yolu...”
Türkiyə ordusu 8 terrorçunu zərərsizləşdirdi
46 nəfər güzəştli mənzillərdən İMTİNA ETDİ

Bütün xəbərlər

2018-SARI İT BİZƏ NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "İT" KİMİ OLACAQ
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.10166] initstartout [0.00015] initstartin [0.00057] calstart [0.00748] calend [0.00041] topnewsend [0.00321] rsssend [0.00000] ehgend [0.00537] tagsstart [0.00048] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.08396]