Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

17:24 - 17.10.2019  
Bakı-Moskva münasibətlərində kritik həftə
Tarix: 10-04-2017, 13:58 | Bölmə: Xəbərlər » Siyasət

Bakı-Moskva münasibətlərində kritik həftəŞimaldan strateji tərəfdaşlığa təhlükə - mühüm gözlənti; Sabah Rusiya Ali Məhkəməsi azərbaycanlıların ən böyük diaspor təşkilatının ləğvi məsələsinə baxacaq; qərar nə olacaq: yola davam, yoxsa tamam?; Azərbaycandan Moskvaya etirazlar getdi, nümayəndə heyəti də gedəcəkmi? Gözlər Rusiyada...
Sabah - aprelin 11-də Rusiya Ali Məhkəməsi bu ölkənin Ədliyyə Nazirliyinin iddiası əsasında Rusiya Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatı məsələsinə baxacaq. Məhkəmənin çıxaracağı qərar sözsüz ki, həm də siyasi mahiyyət daşıyacaq. Ona görə ki, ÜAK Rusiyadakı üç milyonluq azərbaycanlı icmasının ən böyük diaspor təşkilatıdır və onun mövcudluğu iki ölkə əlaqələrinin inkişaf səviyyəsinin mühüm göstəricilərindən biri olmaqla yanaşı, həm də dostluğu simvolizə edən faktordur.
Bəzi ehtimallara görə, təşkilat ətrafında belə xoşagəlməz vəziyyətin yaranmasının birinci səbəbi qurumun getdikcə Rusiya toplumunda təsir və təbliğat rıçaqları qazanmağa başlaması ilə bağlıdır. Yəni güman edilir ki, bu da Rusiyadakı müəyyən məkrli dairələrin narahatlığına səbəb olub. Söhbət sözsüz ki, ən əvvəl Rusiyadakı erməni lobbisindən gedir.

Şübhə yox ki, məsələdə erməni barmağı da var. Unutmaq lazım deyil ki, Rusiyanın bir neçə aparıcı KİV-i bilavasitə erməni millətindən olan şəxslərin nəzarəti altındadır, bir çoxunda isə erməni mənşəli jurnalistlər sanballı postlar tuturlar. Bundan başqa, ermənilər, o sırada çoxsaylı erməni "ekspertləri” Rusiyanın bir çox dövlət, siyasi və ictimai qurumlarında (parlament və s.), elmi dairələri və "beyin mərkəzləri”ndə soydaşlarımızdan fərqli olaraq geniş şəkildə təmsil olunub, kök salıblar. Təbii ki, onlar Azərbaycana qarşı xain planlarında dini (xristian) amilindən də məharətlə istifadə edir, iki ölkə arasına nifaq salmağa, Rusiyadakı diasporumuzu zəiflətməyə çalışırlar. Yəni bu, daha çox şişirdilmiş, süni problemə bənzəyir.
Nəhayət, ÜAK ətrafında problemin yaradılmasında Lapşin insidentinin də təsiri vurğulanmaqdadır. Hesab edilir ki, həm də Rusiya vətəndaşı olan yəhudi bloggerin Moskva rəsmilərini etirazlarına rəğmən, Belarusdan Azərbaycana ekstradisiya edilməsi və ardınca Bakıda onun üzərində istintaq prosesinin başlaması Rusiya rəhbərliyinin xoşuna gəlməyib və onun qüruruna toxunub. O üzdən Moskvanın Bakıdan bu yolla qisas almaq istədiyi zənn edilir. Əlbəttə ki, Rusiyadakı erməni lobbistləri Lapşin olayından da Kremlin Azərbaycanla bağlı mövqeyinə təsir eləmək üçün istifadə ediblər. Söz düşmüşkən, iki gün öncə Lapşinin həbs müddəti daha 3 ay uzadılıb.
Siyasi ekspertlər, ümumiyyətlə, son zamanlar Rusiyadan Azərbaycana qarşı müxtəlif yollarla psixoloji təzyiqlərin göstərildiyinə diqqət çəkirlər. ÜAK-ın sənədlərində guya problem olmasının ortaya atılması da belə təzyiqlərin bir forması sayılır və iki ölkə arasında strateji tərəfdaşlığa əslən adekvat hesab edilmir. Bu və digər səbəblər toplusuna görə əminlik var ki, Rusiya məhkəməsinin çıxaracağı qərar iki qonşu ölkə münasibətlərində izsiz ötüşməyəcək, hətta bu münasibətlər korlana bilər.
Bəs, Rusiya Ali Məhkəmənin qərarı necə olacaq, məhkəmə siyasi reallıqları ciddiyə alacaqmı? Yeri gəlmişkən, Moskva rəsmiləri daima Azərbaycanla əlaqələrin strateji tərəfdaş xarakteri daşıdığını vurğulamağı sevirlər. Onu da yaddan çıxarmaq olmaz ki, Rusiya Dağlıq Qarabağ məsələsində üç vasitəçi dövlətdən biridir. ÜAK-ın ləğvi isə Moskvanın ədalətli vasitəçi imicinə növbəti zərbəni vura, Rusiyaya qarşı Azərbaycan ictimai rəyində onsuz da mövcud olan etimadsızlığı daha da gücləndirə bilər.
O səbəbdən hər iki tərəfin, ələlxüsus da Rusiya tərəfinin maksimum diqqətli olması gərəkir. Hər necə olmasa, münasibətləri korlamaq qat-qat asandır, nəinki onları bərpa eləmək. Hələ də normallaşmayan Gürcüstan-Rusiya münasibətlərində bunu əyani görmək olar. Ümid edək ki, vəziyyət pis ssenari üzrə inkişaf etməyəcək. Çünki Azərbaycan bu gün Rusiyaya Ermənistandan heç də az gərək deyil.

Bu xüsusda iki ölkə münasibətlərini korlamaq gücündə olan bir neqativ sonucdan qaçmaq, təxribat xarakterli bir cəhdi durdurmaq üçün Azərbaycandan Rusiyaya rəsmi nümayəndə heyətinin göndərilməsi də yalnız işin xeyrinə olardı. Yəqin ki, qapalı diplomatik kanallarla rəsmi Bakı gərəkəni edir. Azərbaycan parlamentinin son iclasında məsələ ilə bağlı səslənən və yüzdə yüz rəsmi Bakının mövqeyini əks etdirən ciddi narahatlıqlar, şimala ünvanlı çağırış və mesajlar, hətta xəfif xəbərdarlıqlar da yəqin ki, ünvanına çatacaq və təsirsiz ötüşməyəcək.

 

*****
Bir daha xatırladaq ki, ÜAK mərhum dövlət başçısı Heydər Əliyevin təşəbbüsü ilə təsis olunub və konfransda Rusiya prezidenti Vladimir Putin da iştirak edib. Bundan başqa, Azərbaycan və Rusiya prezidentləri ÜAK-ın qurultaylarına təbrik məktubları göndəriblər, qurumun fəaliyyətini yüksək qiymətləndiriblər.
Ötən ilin dekabrında Moskvada ÜAK-ın IV Qurultayında təşkilatın rəhbər orqanlarına yeni seçkilər keçirilib. Səsvermə nəticəsində tanınmış ictimai xadim, tibb elmləri namizədi, professor Fazil Qurbanov qurumun yeni prezidenti seçilib. Qurultayda ÜAK-ın Rəyasət Heyəti və Mərkəzi Şurasına yeni üzvlər də seçilib.
Qurumun vitse-prezidentləri sırasında da kifayət qədər tanınmış şəxslər yer alıb. Məsələn, Mixail Qusman, dünyada tanınmış iş adamları Qod Nisanov, İsgəndər Xəlilov və dünya şöhrətli rəssam Tahir Salahovun adını çəkmək kifayətdir. Son qurultayda isə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın 78 bölgəsindən 200-dən artıq təmsilçi də iştirak edib.

 

Demokratik.Az

Xəbər 2374 dəfə oxunub






Oxşar xəbərlər

Fövqəlnazir Goranboyda icra başçısının "zapravka" tikintisini durdurdu - Merin şəriki də var
"İslahatları gözdən salmaq istyirlər ki, oturduğu kreslonu..."
Şəbnəm Tovuzlu Hacı Ramazandan danışdı: "Bu adamı tanımıram"
SƏNİN ŞƏRƏFİNƏ, CƏNAB GENERAL!
Dünya ölkələrinin telefon kodları - SİYAHI
Vilayət Eyvazov generalı təqaüdə göndərdi
Azərbaycan nefti bahalaşdı
Trampın Ərdoğana yazdığı “çox ağır” məktub açıqlandı
İran daha bir Fransalı elm adamını həbs edib
Sabiq deputat Rafael Cəbrayılov milyonluq mülklərini satır
Klinsmann Ekvadorun baş məşqçisi olacaq
“Rəsulzadə-Elçibəy yolu” ifadəsinin anlamı nədir?
31 il sonra şok etiraf: "Qarabağ savaşını mən başlatdım" - Video
Göygöl SSİ-nin ÖZBAŞINALIĞI HARA GEDİR? Dımbılı cuvar Əhmədzadəni cadu-piti etdirib? - SƏHİH DETALLAR
Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanıldı
Prezident: "Hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir"
İstanbul universitetinin müəllimi ADAU-da mühazirə oxuyub
Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 milyon manat ayrıldı
"Belə etmək istəsələr..." - Deputat müxalifəti hədələdi
Azərbaycan meyvə-tərəvəz ixracından gəlirini 14% artırıb
Prezident yeni dövlət qurumu yaratdı (FƏRMAN)
QHT sədrləri Əfqan Muxtarlının azad olunması üçün prezidentə müraciət etdilər
Azərbaycana böyük Qarabağ dəstəyi gəldi
Zümrüd Yağmur yazdı: " O xoruza sayğı duymaq..."
Niyazi Bayramovun “müəmmalı kadrı” – Şiddətli töhmətlə ucalan Əhmədov kimdir?
Polislər halı pisləşən sürücünün köməyinə çatıblar
İtaliyada yol qəzasında 20 nəfər yaralanıb
HESABAT: Maliyyə institutlarının "Turan Bank"a inamı azalıb
Nazir Vilayət Eyvazovun bacısı vəfat edib
Zakir Həsənov NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb
İcra başçısı Prezidentin açılış etdiyi ərazini satıb – Şok iddia
"Türkün tarixi əzəməti Nazarbayevin NİTQİ İLƏ
SOCAR-ın Türkiyədəki layihələri: Azərbaycanın qazancı nədir?
Kanada Türkiyəyə silah tədarükünü dayandırır
GDU-nun diplomsatan kafedra müdiri həbs edildi
Göygöl DYP-yə yeni rəis təyin olunub
ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Hadi Rəcəbli: “Biz islahat apardıq və pensiya yaşı 65-ə çatdırıldı”
PA-nın şöbə müdiri boş zalın qarşısında 1 saat danışdı - Rüsvayçılıq - FOTO
“Jurnalistika və həyəcan” - Könül Alı yazır
Mətbuat Şurasının "trol"u yenə sayıqladı (?) "RƏDD OL!" cavabını aldı
İlham Əliyev Ərdoğanla görüşdü – FOTO
Erməni xalqının üstündəki silinməz ləkələr - Xocalıdan Njdeyə kimi...
İqtisadiyyat üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Ərdoğan Azərbaycandadır - FOTOLAR (YENİLƏNİB)
Qırğızıstan Prezidenti Azərbaycandadır - FOTO
Ərdoğan Bakıya gəlir
Ərdoğan: "NATO bizə cavab verə bilmir"
Samux PŞ-yə yeni rəis müavini təyin olunub
Yunis Səfərovun silahdaşlarına hökm oxunub
İlham İsmayıl: “Terror riski Azərbaycanda xeyli azalıb”
Afaq yenə "soyundu" – FOTO
Bakının israrı - İrəvanda cəlladın heykəli söküləcəkmi?
Naxçıvanlı iş adamı Moskvada baltalandı: VİDEO
Abbas Abbasovun oğlu kriminal avtoritetlə görüntüləndi
Bakıda iki oğlanın nişanı oldu - Üzük taxıb öpüşdülər
Elton ölkədən getdi: Şərəfsizlər, didin bir-birinizi...
PKK lideri Karayılan ABŞ-a müraciət etdi
Hollandiyalı hakim yığmamızdan üzr istədi
Fövqəlnazir 3 rayonun icra başçısını Bakıya çağırdı
Polşada parlament seçkilərində Kaçinskinin partiyası qalib gəlib
Vasim Məmmədəliyev vəfat edib
Prezident: "Bizim cəmiyyətimizdə kasıblar olmamalıdır"
Prezident ailəsinin istirahət FOTOLARI
Arif Hacılı yenidən Müsavat Partiyasının yeni başqanı oldu - NƏTİCƏLƏR
Kraliça sarayı təcili tərk etdi - Siçovula görə
Vaqif Dərgahlı “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib
Jirinovski şərq mətbəxtindən şikayətləndi
Təhsil nazirindən yeni - TƏYİNAT
“1937-ci ilin olacağını heç kəs ağlına gətirmirdi. Dəhşət idi” - S.Rüstəm

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.80552] initstartout [0.00026] initstartin [0.00115] calstart [0.04768] calend [0.00088] topnewsend [0.00764] rsssend [0.00000] ehgend [0.07063] tagsstart [0.00088] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.67635]