İlham Əliyev “Maliyyələşdirmə Sazişi”ni təsdiqlədi

  • 31 dek 2016, 16:31

 

Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair "Maliyyələşdirmə Sazişi”nin təsdiqi barədə fərman imzalayıb.


Demokratik.Az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyinə bu fərmanda göstərilən sazişin müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək tapşırılıb.


Xarici İşlər Nazirliyi həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Avropa Komissiyasına bildiriş göndərəcək.

Demokratik.Az

Oxşar xəbərlər