BDU 100 yaşında - yubileyi keçiriləcək –Sərəncam

  • 14 noy 2017, 19:50

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

 

 

 

 


Sərəncama əsasən, ölkədə ali təhsilin, elmin ənənələrinin zənginləşdirilməsində, gənc nəslin müstəqil dövlətçilik ideallarına sədaqət ruhunda tərbiyəsində mühüm xidmətlərini nəzərə alaraq, Azərbaycan хalqının milli sərvəti Bakı Dövlət Universitetinin 100 illik yubileyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədilə Bakı Dövlət Universitetinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Nazirlər Kabinetinə tapşırılıb ki, Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Demokratik.Az

Oxşar xəbərlər