Sərhəd Qoşunlarının generalı təqaüdə göndərildi

  • 11 iyul 2017, 21:15
Prezident İlham Əliyev Akif Şəfiyevin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

General-mayor Akif Əli oğlu Şəfiyev hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.

Dövlət başçısı A.Şəfiyevin 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.

Akif Şəfiyev Dövlət Sərhəd Xidmətində qulluq edirdi.

Demokratik.Az

Oxşar xəbərlər