AŞURA mərasimi Gəncə İmamzadə ziyarətgahında möhtəşəmliyi ilə diqqət çəkib - Video, foto

  • 12 okt 2016, 18:48

Bu gün bütün müsəlman dünyasında İmam Hüseyn və tərəfdarlarının şəhid olduğu gün-  yəni, Aşura günü Azərbaycanda da böyük coşquyla qeyd olunub.

Ölkə üzrə Sumqayıtda "Cümə” məscidində, Gəncədə "İmamzadə” ziyarətgah-məscidində, Mingəçevirdə "Heydər” məscidində, Şəkidə "Çümə” məscidində, Lənkəranda "Böyük Bazar” məscidində, Bərdədə "Cümə” məscidində insanların Kərbəla şəhidlərini anmalarına yüksək şərait yaradılıb. Bir sıra məscidlərdə qanvermə aksiyası da keçirilib.

Demokratik.Az-ın məlumatına görə, hər il olduğu kimi bu il də dini "AŞURA" mərasimin möhtəşəmliyi Gəncə İmamzadə ziyarətgahında baş tutub. Sevindirici hal kimi, öncəki illərdən fərqli olaraq bu il Gəncə İmamzadəsi ziyarətə gələn 10 minlərlə "Hüseyin aşiqi"ni-mömini daha möhtəşəm, müasir üslubda və yeni dizaynda qəbul edib. Dünəndən etibarən burada Gəncənin hüquq-mühafizə orqanları tərəfindən zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Ziyarətgahda təcili tibbi yardım və yanğınsöndürmə briqadaları gecədən etibarən növbədə olub. Eləcə də, ziyarətgah ərazisində İcra Hakimiyyətinin və QMİ-nin dəstəyilə mağarlar qurulub, ehsan süfrələri açılıb. İnsan selinin şəhərdən "İmam Hüseyin meydanı"na rahat hərəkəti və daşınması üçün pulsuz avtobuslar da ayrılıb. Ziyarətgahın birinci günü insidentsiz ötüşüb.

Ənənəvi qayda olaraq, QMİ-nin Qərb bölgəsi üzrə nümayəndəsi, Hacı Tahir Qarabağinin və digərlərinin dini moizələri, dini nitqləri bu gün də ziyarətçiləri coşdura bilib.

(Demokratik.Az Tahir Qarabağinin maraqlı nitqini təqdim edir - video )


Tahir Qarabaği bugünkü günün mühüm vacib anlarını özünəməxsus tərzdə açıqlayıb. Nitq əsnasında dövlət başçımıza müqəddəs ziyarətgahın təmir-bərpasında göstərdiyi diqqət və qayğısına görə, şəhər İH rəhbərliyinə və mərasimdə əziyyəti keçən hər kəsə dualar edilib. Xəstələrə allahdan şəfaət, şəhidlərimizə rəhmət oxunub...

Tahir Qarabağinin düşmən tapdağında olan Dağlıq Qarabağımızın işğaldan azad olunmasına oxuduğu dualara AMİN deyilib... 

OsmanNərimanoğlu

Demokratik.Az


Oxşar xəbərlər