Nardaranda yenidən əməliyyat-axtarış tədbirləri həyata keçirilib

  • 08 okt 2016, 19:50
Daxili işlər orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

APA bu xəbəri Daxili İşlər Nazirliyinə istinadən yayıb.

Xəbərdə vurğulanır ki, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakinləri İmran Ağarızayevin və Alim Zəkiyevin evində odlu silah-sursat gizlətdiyi müəyyən edilib.


Polis onların həyərindən "Kalaşnikov” markalı avtomat, 100-dən çox patron və avtomat daraqları tapıldığını deyir.

Məlumatda deyilir ki, nazirliyin rəhbər şəxslərinin Nardaran sakinləri ilə görüşü zamanı dəfələrlə evlərdə saxlanılan qanunsuz silah və sursatın könüllü olaraq təhvil verilməsi tələb edilib. Bildirilib ki, qəsəbənin ayrı-ayrı sakinlərində odlu silahın mövcudluğu barədə hüquq-mühafizə orqanlarına əməliyyat məlumatları daxil olub.
Oxşar xəbərlər