Vergilər naziri generalın oğlunu işdən çıxardı

  • 06 sen 2016, 19:56
Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.

Vergilər naziri Fazil Məmmədov müşavirlərinin sayını 8-ə endirib.

Məlumata görə, nazir müşaviri Məhəmməd Nəcməddin oğlu Sadıqovu vəzifəsindən azad edib. Bununla da vergilər nazirinin müşavirlərinin sayı 9-dan 8-ə enib. Hazırda vergilər nazirinin müşavirləri Ələkbər Məmmədov, Riyad Hüseynov, Habil Məmmədov, İlqar Əhmədov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov və Rəşad Həbibovdur.(report)

Məsələyə münasibət bildirən Vergilər Nazirliyindən isə açıqlamada "Məhəmməd Sadıqov artıq Nazirliyin əməkdaşı deyil", - bildirilib.

Xatırladaq ki, Məhəmməd Sadıqov Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıkovun oğludur.

 

Demokratik.Az

Oxşar xəbərlər