Bütün yenilikləri Facebook səhifənizdə izləyin. Yalnız "Bəyənirəm" edin.

01:01 - 19.01.2019  
Qəbul imtahanlarının ortaya çıxardığı paradokslar
Tarix: 27-07-2016, 09:11 | Bölmə: Xəbərlər » Ölkə içi

İyulun 25-də bu il Azərbaycanın ali təhsil müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının statistik göstəriciləri məlum olub. 

Qəbul imtahanlarının ortaya çıxardığı paradokslarAPA-nın apardığı araşdırma nəticəsində məlum olub ki, IV ixtisas qrupu üzrə imtahan verən 5340 abituriyentdən 2823 ("Baytarlıq", "Su bioehtiyatları və akvabitkilər" ixtisasları, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin "Ekologiya" və "Əczaçılıq" ixtisasları üzrə müsabiqə iştirakçıları istisna olmaqla) nəfər 200 baldan yuxarı nəticə göstərərək müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 621-i 200-300 bal, 566-sı 300-400, 588-i 400-500, 602-si 500-600, 446-sı isə 600-700 bal arası nəticə göstərib. Müsabiqə şərtini ödəyə bilməyən 2517 abituriyent 0-200 bal toplayıb.

Bu il IV  ixtisas qrupu üzrə 3310 plan yeri ayrılıb, onlardan 1970-i Azərbaycan, 155-i Rus, 1185-i isə birgə müsabiqə üçün nəzərdə tutulub. Qəbul planından 1405-i dövlət sifarişli yerlərin payına düşür. 

Cari il I ixtisas qrupu üzrə isə 31397 abituriyent imtahan verib. İmtahan nəticələrinə əsasən, 11406 abituriyent ("Memarlıq", "Aqromühəndislik", "Torpaqşünaslıq və aqrokimya", "Balıqçılıq və balıqçılıq təsərrüfatı işi", "Meşəçilik", "Aqronomluq", "Zootexniklik, ixtisasları, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin "Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi" ixtisası üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ əldə edib. Onlardan 4902 nəfər isə 200-300, 3035 nəfər 300-400, 1783 nəfər 400-500, 1114 nəfər 500-600, 572 nəfər isə 600-700 bal arası nəticə göstərib.

İmtahan nəticələrinə əsasən, I ixtisas qrupu üzrə keçirilən imtahanda müsabiqə şərtini ödəyə bilməyən 19991 nəfər isə 0-200 bal toplayıb.

"Riyaziyyat", "Fizika", "Nəqliyyat tikintisi mühəndisliyi", "İnşaat mühəndisliyi", "İnformasiya texnologiyaları", "Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi" ixtisasları üzrə müsabiqədə ümumi balı 250-dən az olmayan 8741 abituriyent, "Kompüter elmləri" və "Geologiya" ixtisasları üzrə müsabiqədə isə ümumi balı 300-dən az olmayan 6504 abituriyent iştirak edə bilər.
Bu il I  ixtisas qrupu üzrə 13632 plan yeri ayrılıb, onlardan 11226-sı Azərbaycan, 1357-si Rus, 1149-u isə birgə müsabiqə üçün nəzərdə tutulub. Plandan 5441-i dövlət sifarişli yerlərin payına düşür.
Ümumilikdə, bu il ali məktəblərin I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında 36 737 abituriyent iştirak edib. Onlardan 14229-u 200 baldan yuxarı nəticə göstərərək müsabiqə şərtini ödəyib.

Hər iki qrup üzrə 22 508 abituriyent isə müsabiqədə iştirak etmək üçün 200 balı toplaya bilməyib. Bu da imtahanda iştirak edən abituriyentlərin 61%-dən çoxunu təşkil edir.

Xatırladaq ki, I və IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 6 abituriyent ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verərək maksimum nəticə - 700 bal toplayıb.

Nəticələri "Bizim Yol" qəzetinə şərh edən təhsil eksperti Nadir İsrafilov deyir ki, dünyada müxtəlif təhsil sistemləri var. Bizim təhsil sisteminin vəzifəsi şagirdlərə sistemləşdirilmiş bilik, bacarıq və vərdişlər verməkdir: "Əgər bir balaca araşdırma aparsanız görərsiniz ki, ali məktəblərə qəbul olmuş şagirdlər müəyyən liseylərin, gimnaziyaların tələbələridir. Hazırda müxtəlif adlarla yaranan lisey və gimnaziyalar Bakının ən yaxşı müəllimini, şagirdini, yəni "qaymaqları" seçərək öz məktəblərinə qəbul edirlər. Bizdə də belə bir qayda var ki, hər hansı bir məktəbə ad qoyulur və hamı çalışır ki, övladını aparıb həmin məktəbə qoysun. Məktəblər də burda böyük bir seçim apararaq ən yaxşılarını seçirlər. Sumqayıtda olan göstərici də onu göstərir ki, şəhərin ən yaxşı müəllimləri, şagirdləri seçilərək həmin məktəbə yığılıb. Əvvəllər fəaliyyət göstərən türk liseyləri də ən yaxşı müəllimləri, şagirdləri müsabiqə ilə seçirdilər. Ona görə də həmişə yüksək göstəriciləri olurdu. Ancaq sovet dönəmində məktəblərdə çeşidləmə anlayışı yox idi. Ancaq indi bizdə tərəvəzləri çeşidləyən kimi məktəblərdə şagirdləri seçirlər. Ən yaxşılar bir məktəbə yığılır, digərləri qalır kənarda".

N.İsrafilovun sözlərinə görə, sovet təhsil sistemində isə çeşidləmə olmayıb. Hər kəs bərabər oxuyub: "Yaşlı nəsil bilir ki, ən istedadlı alimlərimiz, elm xadimlərimiz kənd məktəblərindən, regionlardan çıxardı. İndi yüksək bal toplayanlara fikir versəniz görərsiniz ki, nadir hallarda rayonlardan olur. Ancaq kütləvi halda olmur. Ona görə ki, çeşidləmə məsələsi var. İndi bu çeşidləmə məsələsi ali məktəblərə də sirayət edib. Bilirsiniz ki, "Sabah" qrupları yaradılıb. Ən yaxşı tələbələri seçib ora yığırlar. Bu da hazırda nümunə kimi kiməsə göstərmək üçündür. Reklam xarakterlidir. Bakının elə məktəbləri var ki, orada şagirdlər bütün şəraitlə təmin olunublar. Ancaq kəndlərimizdə elə məktəblər var ki, heç onların bir kompüteri, sürətçıxarma aparatı yoxdur. Ona görə də sosial bərabərsizlik yaranır. Əvvəllər məktəblərdə rəqabət vardı. Pislər də yaxşılara baxıb onlardan nümunə götürərdi. İndi isə bütün yaxşıları bir qrupa yığırlar. Zəiflər də qalır kənarda. Bu da elitanın inkişafına, müəyyən kütlənin isə savadsızlığına gətirib çıxarır. 

Təhsil eksperti Əjdər Ağayev də Bizimyol.info-ya açıqlamasında bildirdi ki, 0-200 bal toplayan abituriyentlərin sayının artması məktəblərdə təlim-tədris işinin səviyyəsinin artmamasının nəticəsidir: "Hər il həyəcan təbili çalınır, narahatçılıqlar dilə gətirilir. Ancaq gərək bununla bağlı rayon təhsil şöbələri, əlaqədar təhsil idarələri təcili tədbirlər görsünlər. Yəni məktəbləri monitorinq eləsinlər. Yəni məsuliyyətsiz olanları, təlim-tədris işinin təşkilində, müəllim-şagird münasibətlərində kobudluğa yol verənləri meydana çıxarmalıdırlar. İlk növbədə ümumtəhsil məktəblərində bəzi direktorlar, ümumiyyətlə pedaqoji tələblərlə yox, yalnız şəxsi maraqları ilə maraq göstərir. Bəzi direktorlar məktəbin mənəvi atmosferini pozur. Səlahiyyətləri olan insanlar isə həmin direktorların işlərinə son vermir. Bütün bunlar cəmiyyətdə şagirdlər, valideynlər arasında narazılıq, inamsızlıq yaradır".

Ə.Ağayev deyir ki, bununla da bəzi abituriyentlərdə elə psixoloji durum yaranır ki, onlar cəsarət toplayıb bu inamsızlığı aradan qaldıra bilmirlər: "İmtahan elə bir prosesdir ki, onu 5 ballıq sistemlə götürsək belə, orada 2, 3, 4, 5 də olar. İmtahan belədir. Ancaq iki qrupdan 22 min nəfərin 0-200 bal toplaması çox böyük narahatçılıq doğurur". 

Aysel İsgəndərli
Xəbər 2268 dəfə oxunub






Oxşar xəbərlər

Seksoloq: “60 yaşa kimi bakirəliyin qorunması qürur məsələsi deyil”
Bakıda güclü külək 40-a yaxın ağacı aşırıb
Müğənnilər toya nə qədər pul yazdırır?
Mehriban Əliyeva "Üzeyir Hacıbəyli" fəxri medalı ilə təltif edildi
Azərbaycan XİN Rusiyaya cavab verdi
Məmurlardan lüks avtomobillər alınır?
Zimbabvenin Prezidenti Azərbaycanda səfərdədir
Meşədə qadının kəsilmiş bədəni tapıldı - VİDEO
Kikboks Federasiyasının vitse-prezidenti həbs edilib
Alimlər: "Apofis" asteroidi 2068-ci ildə Yer kürəsinə düşə bilər
Bakı yaşamaq üçün ən rahat şəhərlər sırasında niyə yoxdur?
Elgiz Əkbər Əli Mirəliyev barədə: Bu kişi manyakdır
Məktəbdə terror - 8 ölü, 10 yaralı
”Lotu Quli” Türkiyəyə qayıtdı?
"Məktəblər niyə bağlanır, müharibə-zaddı?" - Hafiz Hacıyev
Nazir 5 polis rəisi təyin etdi, ikisini sərəncama götürdü
Təhsil Nazirliyinə tabe olan bu qurumlar ləğv edildi - QƏRAR
Bölgələrə güclü qar yağır
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
Gəncənin sabiq icra başçısı şəhərin mərkəzində binanın zirzəmisini hansı icazə ilə dağıdır?
Astanada 20 Yanvar şəhidləri anılıb
Ötən il Türkiyədə 1,4 milyon daşınmaz əmlak satılıb
İran ordusunu Suriyadan çıxarmayacaq - SEPAH
Sabiq MTN əməkdaşının qətlinin sifarişçisi tutuldu
Quba polisi "ağac qənimi"ni yaxaladı
Lavrov kürd məsələsindən danışdı
Azərbaycanda 4 dövlət xidməti yaradılır
Ekoloji Ekspertiza Agentliyi yaradılır - FƏRMAN
Kiçik və iddialı Gürcüstanın spikerindən böyük açıqlamalar
Azərbaycan, İran və Rusiya arasında yeni sammit keçiriləcək
Arif Hacılı Türkiyədə xəstəxanaya yerləşdirilib
Hadi Rəcəblinin slavyan qadınla və küçədə rəqsi – GÖRÜNTÜLƏR
Aqrar Xidmətlər Agentliyinin sədri vəzifəsinə təyinat olub
Bu il 6 mindən çox şəhid ailəsi “qan pulu” alacaq
Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"? - Milyonluq problem
Amerikanın azərbaycanlı çempionu... - FOTOLAR
Rüfət Aslanlının Gədəbəydəki villası - FOTOLAR
Rihanna atasını pul üstündə məhkəməyə verib
Madonna "Eurovision -2019"da iştiraka razılıq verib
İran telekanalının jurnalisti ABŞ-da həbs olunub
Paşinyana Qarabağı boşaltmağa qarabağlılar imkan vermir - iddia
General Frankodan Bakıya qədər uzanan “5-ci kolon” kimlərdir?
“Boko Haram” bir şəhəri ələ keçirdi
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya gəlir
Mədəniyyət Nazirliyi ilə bağlı - FƏRMAN
Nokia smartfonu yenidən istehsal olunacaq
MMA döyüşçüsü bankın filialını dağıtdı
Xorvatiya prezidenti Türkiyəyə səfər edəcək
İŞİD terrorçusu – ləqəbi “Abu Cihad”, özü Eldəniz Məmmədov – Fotolar
Yaponiyadakı səfirimiz geri çağırıldı
Səddam Hüseynin milyardları hardadır?
Qulu Məhərrəmli Alışanovun işdən çıxarılmasını alqışladı
Qızı polis bölməsində zorladılar - ŞOK TƏFƏRRÜAT
PREZİDENT "SAM"I DA LƏĞV ETDİ - SƏRƏNCAM
Paşinyan Gürcüstana qeyri-rəsmi səfər edib
AZTV-nin yeni rəhbəri kimdir?
Emin Hüseynov Avropa İttifaqı ölkələrinin diplomatlarını "qaz" alandırdı
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Xidmət və iaşə sektorundakı qiymət xaosu
Struktur islahatları başladı – nazirlik "Azərsilah" ASC-yə çevrilir
Ziya Məmmədovun oğluna görə Londonda xüsusi komissiya yaradılır
Göygöldə qanunsuz ov edənlər saxlanılıb
Heydər Əliyevin qohumu olan şəhid anası da "qanpulu"nu ala bilmir - MÜRACİƏT
BDU-da təyinat: Bulvar İdarəsinin rəis müavini gəldi
Yeniyetmə qız yoxa çıxıb - FOTOSU
Fikrət Fərəməzoğlunun üzünə duran “Antaliya Mehman” həbs olundu
Fazil Məmmədovun taleyi - onu bağışlamaq olmaz!
Bürclər – 14 yanvar
Paylaşımları ilə milyonlar qazanır – Fotolar
Şeyxin qudası Kardioloji Sanatoriyanın ərazisini də zəbt edib

Bütün xəbərlər

2019 - SARI QABAN NƏLƏR VƏD EDİR?
love HƏR ŞEY "QABAN" KİMİ OLACAQ
love DEMOKRATİYAYA DOĞRU BİR AZ DA İRƏLİLƏYƏCƏYİK...
am DİNAMİK İNKİŞAFIMIZ DAVAM EDƏCƏK
lol HEÇ VECİMƏ DƏ DEYİL
tongue AZƏRBAYCANDAN BAŞ GÖTÜRÜB QAÇACAĞAM
crying TRAMP NEFTİN QİYMƏTİNİ QALDIRMAĞA NAİL OLACAQ
what QARABAĞI GERİ ALACAĞIQ
wink SƏN SAYDIĞINI SAY, GÖR Kİ, FƏLƏK NƏ SAYACAQ
recourse DOLLAR 2 MANATDAN BAHA OLACAQ
angry ACLIQ, YOXSULLUQ GƏLİR
tongue ALLAH BİLİR OLACAĞI...

«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
        Ünvan: Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan nəşriyyatı, 1-ci mərtəbə.
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Script time: [0.13022] initstartout [0.00014] initstartin [0.00057] calstart [0.00792] calend [0.00042] topnewsend [0.00330] rsssend [0.00000] ehgend [0.02438] tagsstart [0.00050] tag-initendin [0.00000] initendout [0.00001] weathend [0.00000] end [0.09297]