Göygöldə "Meliorator"günü qeyd edilib-yenilənib(VİDEO)

  • 04 iyun 2016, 11:52

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən 5 iyun Meliorasiya İşçilərinin peşə bayramı-"Meliorator  Günü”kimi qeyd olunur.Hər il ənənəvi olaraq bu şərəfli və zəhmətkeş peşə sahibləri bir araya gəlir,bu günü təmtəraqla qeyd edirlər.Elə Göygöl Suvarma Sistemləri İdarəsinin kollektivi də bu gün əlamətdar bayramın təntənəsinə toplaşıblar.Azərsu ASC-nin kollektivi ilə birlikdə baş tutan tədbir öncə Ümummilli lider Heydər Əliyevin icra hakimiyyəti önünndəki büstü önünə gül qoymaqla başladı.Gülqoyma başa çatdıqdan sonra Natiq Əhmədov və İlqar Məhərrəmov gün münasibətilə peşə işçilərini təbrik etdi,onlara uğurlar arzuladı.Biz təsadüfən buna şahidlik etdik.Onların bu bayram günündə deməyə-danışmağa,müzakirə etməyə çox sözləri olsa da Göygöl Suvarma Sistemləri İdarəsinin  rəisi cənab İlqar Məhərrəmov xahişimizi nəzərə alıb"Demokratik.Az”-a eksklüziv müsahibə verdi.Demokratik.Az həmin müsahibəni təqdim edir: 

-İlqar müəllim,necəsiniz?Demokratik.Az olaraq sizi salamlayırıq.İlk öncə rəhbərlik etdiyiniz idarə barədə oxucularımıza qısaca məlumat verərdiniz?

-Mən də sizi salamlayıram,xoş gəlmisiniz. Məlumat verim ki,Göygöl Suvarma Sistemləri İdarəsi Azərbaycan  Meliorasiya  və Su Təsrrüfatı ASC-nin Göygöl rayonu ərazisində  yerləsən yerli istismar təşkilatıdır.Bizim idarənin əsas məqsədi Göygöl rayonunda Meliorasiya və Su Təsərrüfatında dövlət  xidmətləri  gostərmək ,torpaqların su təminatını həyata keçirmək, mülkiyyətində olan Meliorasiya və İrriqasiya sistemlərinin istismarını təşkil etmək,bu sahənin inkişafi ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir.İdarə   öz səlahiyyətləri daxilində su istehlakçılarını su ilə təmin edir,mülkiyyətində olan Meliorasiya və İrriqasiya Sistemlərinin istismarını həyata keçirir.İdarə  Azərbaycan Meliorasiya  və Su təsərrüfatı  ASC tərəfindən təsdiq olunmuş xərclər smetası və ştat cədvəlinə uyğun olaraq istismar və təmir-bərpa işləri görür...  

-İlqar müəllim ,ölkəmizdə bütün sahələr yeni mərhələlərlə durmadan inkişaf edir.Xüsusən aqrar sahənin inkişafına dövlət qayğısı özünü biruzə verir.Buna paralel olaraq  meliorasiya və su təsərrüfatı sahəsinə də diqqətin artdığını görürük.Konkret olaraq idarənizin potensial gücü və gördüyünüz son işlər barədə nə deyə bilərsiniz?

-Bildiyiniz kimi bizim işimiz məhz kənd təsərrüfatı ilə bağlıdır.Hazırda Göygöl SSİ-nin istismarında 250 ədəd subartezyan quyusu,10 ədəd stasionar elektrik nasos stansiyası vardır.Bundan əlavə,idarəmizin balansında cəmi 1645 km təsərrüfatdaxili və təsərrüfatlarası suvarma kanalları vardır.

Göygöl SSİ-nin balansında bir ədəd baş qurğusu vardır ki,yuxarıda sadalanan kanallar suvarma suyunu əsasən Gəncəçay baş qurğusu vasitəsilə Gəncə çayından,Kürəkçay və Qoşqarçaydan götürür.

İdarəmizin istismarında olan suvarma sistemləri vasitəsilə Göygöl rayonunda,Gəncə şəhərində və qismən Daşkəsən rayonunda 15210 hektar suvarılan torpaqların suvarılmasına xidmət edir,habelə subartezyan quyuları vasitəsilə istehlakçıların məişət və kommunal suya olan tələbatları ödənilir.

Bu ilin 5 ayı ərzində idarəmizin investisiya vəsaitləri hesabına 9 ədəd subartezyan quyusu bərpa olunmuşdur.Quşqara kəndində 3 ədəd,Qırıqlı kəndində 2 ədəd,Balçılı,Hacıməlik və Xəqani kəndlərinin hər birində də bir ədəd olmaqla ümumilikdə 9  ədəd subartezyan quyusu tam bərpa edilmişdir.

"Xanarxı”və "Ərəbli”kanalında kanalın beton örtüyünün yenidən bərpası üzrə xeyli işlər görülmüşdür.İnvestisiya vəsaiti hesabına rayonun Bəhrəmbəy kəndində nasos stansiyasının yenidən qurulması üzrə işlərin qarıdan çoxu yerinə yetirilmişdir.Əsaslı təmir işləri çərçivəsində 27 ədəd artezyan quyularının təmiri nəzərdə tutulmuşdur ki,həmin quyulardan 9 ədədi artıq təmir edilmişdir.Əsas olaraq onu bildirim ki,hazırda qarşıya qoyulan ən ümdə məsələ əkilməyən,istifadə olunmayan torpaq sahələrini əkin dövriyyəsinə qaytarmaq,belə torpaqların suvarılmasını təmin etmək,məhsul bolluğunu təmin etmək üçün üzərimizə düşən məlum vəzifəni yerinə yetirməkdir.Susuz torpaqların su təminatı,bataqlıq ərazilərin qurudulması,şoran torpaqların duzlardan təmizlənməsi kimi mühüm işlərimiz hələ çoxdur.Bunun üçün kollektivimiz əzmlə çalışır.

Onu da bildirməliyəm ki,hazırda Göygöl SSİ-nin yeni inzibati binasının tikintisi üzrə işlər başa çatmaqdadır.14 otaqdan ibarət olan bina müasir tələblərə cavab verəcək səviyyədə tikilmişdir.Hazırda yeni binada son tamamlama işləri görülür və tezliklə istifadəmizə veriləcəyi gözlənilir.Bu isə bizim əməyimizə dövlət tərəfindən verilən ən ali qiymətdir və bizim məsuliyyətimizi,işləmək əzmimizi artırır.

-İlqar müəllim,deyəsən bugünkü əlamətdar gün yadımızdan çıxdı...Son olaraq bu suala cavab tapaq.”Meliorator”günü barədə nə düşünürsünüz?

-Təbii ki,bu günü qeyd etmək mənimçün də qürurvericidir.Birmənalı olaraq hesab edirəm ki,5 iyun gününün bayram kimi qeyd edilməsi möhtərəm prezidentimizin melioratorlaraverdiyi yüksək dəyərin,etimadın ən bariz nümunəsidir.Fürsətdən istifadə edib Azərbaycan  Meliorasiya  və Su Təsrrüfatı ASC-nin sədri hörmətli Əhməd müəllim Əhmədzadəni bugünkü xoş gün münasibətilə təbrik edirəm.Yəqin hər kəs bu fikirlə razılaşar,meliorator deyəndə ilk yada düşən Əhməd müəllimdir.Azərbaycanda məhz onun sayəsində meliorasiya və su təsərrüfatı bunca inkişaf edib.Bizlər həmişə onun diqqət-qayğısını öz üzərimizdə hiss edirik.Qarşılaşdığımız çətinliklərin aradan qaldırılması istiqamətində Əhməd müəllim gecə-gündüz çalışır,aidiyyatı qurumlarla zəruri məsələlərin həllinə nail olur.Əhməd müəllimə yeni-yeni uğurlar arzulayıram.Düşünürəm ki,bu gün ən çox sevinən də sevinməyə daha çox haqqı olan da məhz Əhməd Əhmədzadədir...

-ilqar müəllim!Müsahibəyə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik.

 

Söhbətləşdi:Osman Nərimanoğlu

Demokratik.Az-dan:Biz də müstəqil mətbuat olaraq başda Əhmədzadə olmaqla  ölkəmizin bütün melioratorlarının bayram sevincini bölüşürük,hər birini səmimiyyətlə təbrik edirik.Öz işlərilə digər peşə sahiblərindən daha çox savaba sahib olan melioratorlar!!!BAYRAMINIZ MÜBARƏK!!!