Nardaranda 3 nəfər həbs olundu

  • 07 mart 2016, 21:15
Martın 5-də Nardaran qəsəbəsində yeni magistral yolun kənarında istifadəyə yararsız Azəriqaz MMC-yə məxsus 76 mm. diametrlik 30 metr uzunluğunda qaz borusunu kəsib oğurlayan şəxslər saxlanılıb.

Onlar  Nardaran qəsəbəsi sakinləri, əvvəllər məhkum olunan 1973-cü il təvəllüdlü Zaman Talıbov, 1981-ci il təvəllüdlü Namiq Hüseynov və Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Saleh Məmmədovdur.
 
Faktla bağlı Sabunçu RPİ 42-ci PB-də araşdırma aparılır.

axar.az
Oxşar xəbərlər