İlham Əliyev Macarıstanın baş nazirini qəbul edib

  • 06 mart 2016, 19:59
Martın 6-da Azərbaycan prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Macarıstanın baş naziri Viktor Orban ilə təkbətək görüşü olub.

Baş nazir Viktor Orban və xanımı Aniko Levaini prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar.

Sonra prezident İlham Əliyev və baş nazir Viktor Orbanın təkbətək görüşü olub.

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. 

Azərbaycan-Macarıstan əlaqələrinin genişləndirilməsi baxımından bu səfərin əhəmiyyəti qeyd olunub. 

İkitərəfli əlaqələrimizin müxtəlif sahələrdə inkişafı üçün yaxşı potensialın olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb
Oxşar xəbərlər