Cəlal Əliyev vəfat etdi???

  • 31 yan 2016, 21:15
Bu gün uzun sürən xəstəlikdən sonra Azərbaycan prezidenti İlham Əliyevin əmisi, akademik Cəlal Əliyev vəfat edib. Bu xəbəri haqqın.az saytına akademikin köməkçilərindən biri verib.

Cəlal Əliyev 1928-ci ilin iyun ayının 30-da Naxçıvanda anadan olub. Onun qardaşlarından biri — Heydər Əliyev — Azərbaycan prezidenti, digər iki qardaşı isə — Həsən Əiyev və Aqil Əliyev - Azərbaycan Milli Elmlər Akademiyasının üzvləri olublar.

1980-ci ildə Cəlal Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, üç dəfə (1995, 2000 və 2005-ci illərdə) Milli Məclisə seçilib.
Oxşar xəbərlər